“Bütün partiyalardan mənə dəstək vermələrini xahiş edəcəm”

12:43 14-03-2018 | icon 796 | Siyasət
“Bütün partiyalardan mənə dəstək vermələrini xahiş edəcəm”

“Fuad Əliyevin bu addımı müxalifət düşərgəsində yeni bir siyasi mədəniyyətin göstəricisidir”

“Qeydiyyatla bağlı hələ ki, heç nə deyə bilmərik. Çünki iqtidarın hansı addımı atacağını özündən başqa heç kim bilmir”.

Bunu Versus.az-a ADP sədri Sərdar Cəlaloğlu namizədliyinin qeydiyyata alınması və müxalifətdən ona verilən dəstəklə bağlı açıqlamasında deyib. Partiya sədri seçkidə onu dəstəkləyəcəyini bəyan edən ALDP sədri Fuad Əliyevə saytımız vasitəsilə təşəkkürünü bildirib. O, ALDP sədrinin namizədliyini geri götürməsini tələskən addım saysa da, müxalifət düşərgəsində yeni bir siyasi mədəniyyətin göstəricisi kimi qiymətləndirib:

“Mən hələ namizəd kimi qeydiyyata alınmamışam. Əgər qeydiyyata alınmasam onun mənim xeyrimə geri çəkilməsinin  nə mənası olacaq. Bir qədər tələskən addımdır.  Hər halda Fuad Əliyevin bu addımı həm hörmət, həm də siyasi mədəniyyətimizdə yeni bir təcrübədir.  İndiyə qədər bir siyasətçinin başqa birinin xeyrinə görə namizədliyini geri götürməsi olmamışdı”.

Prezidentliyə namizədlərin qeydiyyata alınmasının martın 19-a qədər başa çatacağını qeyd edən S.Cəlaloğlu, hələ ki, yalnız bu barədə düşündüklərini deyib.

ADP sədri o cümlədən müxalifətdən olan bir çox siyasətçilərdən də belə bir addımın atılmasını gözlədiyini söylədi:

“Əslində, mən belə bir addımı çox adamdan gözləyirəm. Namizədliyim qeydə alınandan sonra bütün partiyaların sədrləri ilə görüşüb mənə dəstək vermələrini xahiş edəcəm. Kimin dəstək verəcəyi təbbi ki, onun öz ixtiyarındadır. Bütün hallarda çalışmaq lazımdır ki, seçkini seçki kimi keçirək”.

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol