"Səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı"

13:50 24-05-2019 | icon 378 | Gündəm
"Səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı"

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı.

 

Versus.Az-ın məlumatına görə, bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

 

V.Ələsgərov bildirib ki, o dövrdə səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı: “Bu gün ağızdolusu danışanlar o zaman Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar? Bax, bunu bilmək lazımdır. O zaman Azərbaycanda həm enerji, həm də qida təhlükəsizliyi təmin edilmirdi”.

 

Sədr müavininin sözlərinə görə, Heydər Əliyev bütün bu problemlərin öhdəsindən gəldi.

V.Ələsgərov qeyd edib ki, investorlar üçün şərtlər sadələşdirilməklə əlverişli imkan yaradıldı: “Azəri-Çıraq layihəsi zamanı tanınmış hüquqşünaslar buna qarşı çıxdı. Halbuki həmin layihənin sonrakı müddətdə ölkənin iqtisadiyyatı üçün necə mühüm əhəmiyyət kəsb etməsi göz önündə oldu. Neftimiz dünya bazarına çıxarıldı”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin