Montevideo şəhərində 28 May - Respublika Günü qeyd edilib

16:03 24-05-2019 | icon 380 | Gündəm
Montevideo şəhərində 28 May - Respublika Günü qeyd edilib

Montevideo şəhərində 28 May Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təntənəli qəbul keçirilib.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə Uruqvayın Xarici İşlər naziri cənab Rodolfo Nin Novoa, hökumətin yüksək səviyyəli nümayəndələri, senator və deputatlar, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin çoxsaylı təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən və qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Eyni zamanda, səfir R.Aslanov ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verib. Xüsusilə, son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini qeyd edib. Habelə, səfir Rəşad Aslanov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.

 

Azərbaycan-Uruqvay əlaqələrinin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini qeyd edən səfir, cari il ərzində hər iki ölkənin xarici işlər nazirlərinin baş tutan qarşılıqlı səfərlərinin əməkdaşlığa xüsusi təkan verdiyini vurğulayıb. Eyni zamanda, səfir Aslanov Azərbaycanın Uruqvaya ən çox neft satan beş ölkədən biri olmasını deyib. Diplomat gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə inamını ifadə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol