ADNSU-da növbəti məzun-karyera sərgisi açılıb

16:18 25-05-2019 | icon 618 | Təhsil
ADNSU-da növbəti məzun-karyera sərgisi açılıb

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti məzun-karyera sərgisi açılıb.

Versus.Az xəbər verir ki, açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı ölkəmizdə elmin, təhsilin inkişafına xüsusi önəm verildiyini bildirib.

 

ADNSU-nun fəaliyyəti, tədris və təcrübə proqramları barədə məlumat verən rektor universitetdə qazanılan uğurları diqqətə çatdırıb.

Professor Mustafa Babanlı sərginin məzunların iş yeri seçməsində rolunu qeyd edərək bildirib ki, sərgidə 84 şirkət ümumilikdə 591 vakant iş yeri təklif edir. Eyni zamanda, 262 təcrübə yeri təklif olunur.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər çıxış edənlər müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, yeni tələblərə cavab verən bacarıqlı mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən danışıblar.

Sərgidə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Rabitəbank”, “Gilan Holdinq”, “Azərsu” ASC, “Azərbaycan Dəmiryolları” QSC, “Azərpoçt”, “Azərsun Holdinq”, “Azercell” və digər şirkətlərin nümayəndələri təklif etdikləri vakant iş yerləri barədə məzunlara ətraflı məlumat veriblər./AZƏRTAC/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol