Günel Mövludun andronik “həqiqətlər”i

08:26 26-05-2019 | icon 752 | Köşə
Günel Mövludun andronik “həqiqətlər”i

...Və Eynulla ilə Xədicənin strip-plastikası

 

 İGİD TEYMURLU

 

GÜN doğuşundan bəlli olar deyiblər. EL yumruğunu görməyən laboratoriya sakinləri hər zaman öz yumruqlarını batman sanıb və hər zaman gerçək fakturalarına uyğun olaraq gidişən yerlərini əlləriylə deyil, ayaqlarıyla qaşıyıblar. Beləcə öz kimliklərini bəyan ediblər – Günel Mövlud kimi, Xədicə kimi, Eynulla kimi...

 

Bütün zamanlarda boğazımıza şərik çıxaraq çörəyimizi yeyən erməni qonaqların  həmişə bizdən ağzı əyri qalmaları, küsülü olmaları artıq bizlərə də sarsıdıcı jest etməyə şans verir ki, onların mədə niyyətlərini qulpu qırıq qablarına görə müəyyənləşdirək. Müqayisə aparanda bugünkü yüksək potensialımızı nəzərə alsaq, onda yetər daha ermənilərlə məğlub ölkənin vətəndaşları kimi boynubükük danışmağımız, yetər daha para müqabilində mənəviyyatları zorlananların strip-plastikalarına göz yummağımız...

 

Yırtıcı heyvan kor olanda daha qorxunc şəkil alır. Bu gün bizə hansısa “demokratiya”nı ixrac etmək istəyən qorxunc xislətli Qərbin də gözü kordur. Əgər belə olmasaydı, işğal olunan dövlətlə işğalçı Ermənistan arasında bir fərq qoyardılar. Əgər belə olmasaydı, görərdilər ki, onların bu gün təlqin etmək istədikləri seçki mədəniyyətini düz 3 min il bundan qabaq türk xaqanları bəşəriyyətə təqdim ediblər. “Xalqların azadlığı” prinsipini də hər kəsdən qabaq özünün vəhşi nadanlıq dövrünü yaşayan qərblilər elə həmin türklərdən əxz ediblər. Bəşər tarixində mövcud olmuş 32 imperiyanın 20-ni qurmaqla dünyanın siyasi düzəninə türk dövlətçilik ənənələrini həkk edənlərə dərs demək istəyən qərblilər çiyinlərinin üstündən öz tarixlərinə boylansalar pis olmaz. Hamıdan öncə çöl atlarını əhliləşdirməklə 3 qitəni ayaqları alan türklər heç bir xalqın milli-mənəvi dəyərlərinə, dilinə toxunmayıblar. Türkün Kişi Sözü hər zaman bəşər tarixinə örnək olub və bunu onların özləri vurğulayırlar. Yenə də özləri vurğulayırlar ki, XVI əsrə qədər avropalı qadınlar övladlarını tərbiyə edərkən onlara “türk ol, türk!” deyərmişlər.

 

Türk millətinin belə bir ucalıqdan enişinə səbəb hər şeydən öncə öz UNUTQANLIĞI olub. Və bu mənəvi eybəcərliyin milli düşüncədə daha dərin kök salmasında katalizator rolu oynayan əslində Memfis monarxının yelpik daşıyanları tək səhnəyə çıxan, ancaq özlərini narsist düşüncə tərzinin daşıyıcıları tək aparanlardır. Məhz belələrinin ucbatından Azərbaycanın başının üstündə topa-topa buludlar görünməkdədir. Məmləkəti bürüyən qatı dumanlıqlar içərisində həmin narsistləri seyr edən Nigaran Ruhların boğuq iniltiləri gəlir. Onlarsa bunun fərqində deyillər. Gözümün önünə kitablardan oxuduğum 1685-ci ildə Böyük Lüdovikin zamanında bir hegenot QADINLA ONUN KÖRPƏSİNƏ VERİLƏN ZÜLMün görüntüləri gəldi. Lütləndirilmiş halda ağaca bağlanan qadının südəmər körpəsi bir az ondan aralıda yerə uzadılır. Qadının döşləri südlə, qəlbisə əzab və iztirablarla dolu idi. Ac və solğun uşaq anasının südlə dolu döşlərini görür və acından qıvrılaraq var gücü ilə ağlayır, dəhşət saçan göz yaşlarını saxlaya bilmirdi. Cəlladsa anaya “məsləkindən əl çək, qurtul bu zülmdən” deyirdi. Ancaq türklər hətta əsarətləri altında olan insanlara bunu etməyiblər, bunu edənsə Qərb oldu...

 

QƏRB DÜNYASI həm də siyasi, iqtisadi, ədəbi fahişəliyi yaşam tərzinə çevirdi!

 

QƏRB DÜNYASI aclığı, səfaləti, rəzaləti, xəstəlikləri qızıl teşt içində bəşəriyyətə yoluxdurub sonradan yenə də qanımızı soraraq bizə məlhəm təqdim etdi!

 

QƏRB DÜNYASI İDİ bizim indiki yaşımızda olanda “özgür düşüncə” sahiblərinin başını gilyotinlərdə üzməkdfən həzz alırdı!

 

QƏRB DÜNYASI yalanla, riyakarlıqla izdivaca girib gerçəyi deyil, görmək istədiyi “demokratiya” donunu bizə təqdim edir!

 

QƏRB DÜNYASI bəşəriyyəti xilas edəcək “pasifist ədəbiyyatın yarandığı yerlər” ironiyası ilə əslində nasizm, sadizm, faşizm, hannibalizm kimi siyasi fahişəliyi ixrac edib!

 

QƏRB DÜNYASI mənəviyyatlarını satışa çıxaranları asanlıqla illüziya qurbanlarına çevirərək içimizdfə yaşayan bizdən olmayanları bizə qarşı çevirə bilib!..

 

Bütün bunların fonunda QƏRB DÜNYASININ əbədi sakinlərindən olan Russelin, Hauptmanın, Barbüsün pasifist qənaətlərindən doğan ideyaları Azərbaycan adlı coğrafi məkanda yanlış tərzdə təqdim etmək istəyən Xədicələr, Günellər, Eynullalar yuxarıda vurğuladığım mənəviyyatlarını satanlar kateqoriyasındandılar. Məhz belə ikiayaqlı varlıqlardan da ekstaz vəziyyətdə olan Qərb dünyası öz ehtiyaclarını ödəməkdədir. O ikiayaqlıların dərk etdikləri “həqiqət” narsist düşüncənin MÖVLUDUdur...

 

Eynulladı, Xədicədi, Güneldi və bu qəbildən olan bir çox ikiayaqlılar, eyni zamanda adları hallanan bu lap elə deyək ki, üç nöqtələri dəstəkləyənlarə özlərini narsist nəslin nümayəndələri kimi apararaq dünyaya Şaginyanın tumanı altından boylanırlar. Özünü Narkissosun ardıcılları tək aparan GÜNümüzün, ELimizin badamgözlüləri camaatı kor zənn etdiklərindən dərk etdikləri “həqiqətlər”in MÖVLUDundan ekstaz vəziyyətə düşüblər. Guya bu zadlar, ikiayaqlı varlıqlar digərlərindən fərqli düşünməyi, fərqli görünməyi, dünyanın hər yerində araşdırma aparmağı bacarırlar. Ermənilərin, rusların, fransızların, almanların, ingilislərin farsların maraqlı dairələrinin Azərbaycanın hakim elitası və aparıcı müxalifət liderlərilə bağlı ötürdükləri informasiyaları cəmiyyətə təqdim etməklə bu adamlar əslində ədəbi ....dən o yana keçməyiblər. Özlərini Narkissos kimi “hamıdan güclü”, “hamıdan gözəl”, “hamıdan yaraşıqlı” kimi göstərməyə çalışan bu üç nöqtələr başqalarını dəyərsizləşdirməklə özlərinə böyük yalanların ağuşunda isti bucaq tapmağa çalışırlar və tapıblar da.

 

Ramil Səfərovun atdığı addıma, Xocalı soyqırımına, təmas xəttini adlayıb Azərbayacana keçən Andronik halına özünəməxsus tərzdə yanaşan günellərin , xədicələrin, eynullaların isti bucaq, isti qucaq axtarışı ədəbi .....dən başqa bir şey deyil. Bunlara deyən lazımdır ki, ay demədiyim mən deyənlər, Xocalıda uşaqları, qocaları, qız gəlini gecənin zülmət qaranlığında, yatan halda qırmadılar?

 

Sizinlə etməni arasında nə fərq var ki? Əksinə sizlər ermənidən daha qorxulusunuz...Macarıstanda ermənini qətlə yetirən zabitimiz Pamil Səfərova Ermənistandakı müxalifət partiyalarından birinin  “Ramili öldürənə 125 min dollar pul ödəyəcəyəm” deyirdi. Sizsə Androniklərə sayğıylas yanaşıb onlardan büt düzəldib səcdə edirsiniz.

Günel “Andronikin müdrik sözləri”ndən yazanda illərin o tayından gələn dədə-baba Ruhlarının İniltisini eşitmədiyini tam şəkildə ortaya qoymuşdu. Əzizlərim, böyük yalanların MÖVLUDundan GÜN kimi aydın olur ki, ELin tutduğu quşun quyruğu qısa olar. İndi Günelin də, Xədicənin də, Eynullanın da quyquqları qısadır. Günelin “Andronikin müdrik sözləri”ndə yazdıqlarından bir-iki fikrə baxaq:

 

  1. a) “...nə olursa-olsun, necə olursa-olsun, nə o tərəfin (yəni, Ermənistanın-müəllif), nə də bu tərəfin (yəni, Azərbaycanın-müəllif) heç bir təbliğat vasitəsi “mənasız, boş yerə ölmək istəmirəm” cümləsinin həqiqi mənasını malalamaq iqtidarında deyil. Təbii ki, bu HƏQİQİ MƏNAnı (seçmə müəllifindir) anlayanlar üçün”;

 

  1. b) “...o arıq, cılız, kasıb erməni oğlu gəlib VƏTƏNİ (seçmə müəllifindir) qorumalı...”

 

“Andronikin müdrik sözləri”nin “HƏQİQİ MƏNASI”ndan belə çıxır ki, işğal olunmuş ərazilərimizdə Şəhid olan Oğul və Qızlarımız “mənasız” və “boş yerə” canlarını fəda ediblər, eləmi!!!

 

“HƏQİQİ MƏNA” axtararaq “Andronikin müdrik sözləri”nin hərarətində qızınanların məntiqindən belə çıxır ki, bəli, ermənilər “arıq, cılız, kasıb” olaraq doğrudan da, Qərbin və erməni lobbisinin dediyi kimi “yazıq millətdirlər”. Və “məna” axtaranlar publisistik bicliklə “...erməni oğlunun gəlib Vətəni qoruması” faktını incəliklə düşüncələrini satışa çıxarma kodu altında erməniyə mesay formasında göndərirdi...

 

Vətən anlayışıyla vətəndaşlıq başqa şeylər olsa da, Günel burada Azərbaycan torpaqlarını Androniklərin əzəli “Vətəni” sanıb?. Halbuki həmin Andronikin babası ermənilərin 150 il bundan öncə indiki İrandan Qarabağa gəlişini özündə əks etdirən bir abidə də qoymuşdular Xankəndində.

 

Öyləsə, onda bəs bunlar hansı ELdən dərs alıblar Gözəlim məntiq hər şeyi deyir. Anlaşılandı, yəqin  Anrü Barbüslə erməni Arsruminin ruhu onlara bunu təlqin edib. Və bu yazı da Vətən torpağı üçün inildəyən NİGARAN RUHLARın MÖVLUDUydu ki, GÜN işığında Elimizə bəyan edildi...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı