Başa gələnlər əməlin proyeksiyasıdır

09:27 26-05-2019 | icon 697 | Köşə
Başa gələnlər əməlin proyeksiyasıdır

Karma qanunu - az və ya çox dərəcədə...

 

QURBAN YAQUBOĞLU

 

İndiyəcən dinlərdə, əlbəttə, İslam və onun Quranı da daxil, təsirləndiyim anlayış, söz, ifadə az olmayıb. İkisini indi xatırladım. Biri təsəvvüfdəki şataha-dır. Şataha ərəbcə “ş-t-h” kökündəndir, hərəkətlənmək, sarsılmaq, yürümək, titrəmək mənalarına gəlir.

 

Mənim çox sevdiyim məna izahlarından biri də dar məcrada olan çayın öz yatağına sığışmaması, daşması, kənara axmasıdır. Sufilikdə eşqdən, yaxud həqiqətin verdiyi həzzdən sərxoş olmaq anlamında işlədilir; bir növ sayıqlamadır sanki.

 

Həqiqət könülə sığmır, daşıb yayılır. Bəziləri Həllac Mənsurun "ənəl-həqq" çağırışını şataha mahiyyətiylə əlaqələndirir. Türk ədəbiyyatında şəthiyyə şeir janrı da var.

Daha bir ifadə hinduizmdə və hinduizm mənşəli dinlərdə işlənən Karma qanunudur. Karma da mürəkkəb dini və fəlsəfi anlayışdır. Sadə izahı insan taleyinin bugünkü və keçmiş fəaliyyətlə əlaqələndirilməsidir. Yəni insanın başına gələnlər onun əməllərinin proyeksiyasıdır. Nə əkirsən, onu da biçirsən sxemində olduğu kimi...

 

Ancaq Karma qanunu insanın yalnız bir ömrünün sərhədləri daxilində işlək deyil, dəfələrlə doğuluşu (reinkarnasiya) əsas götürən karma konsepsiyası keçmiş həyatda baş verənlərin sonrakı həyata təsirini də öz çərçivəsinə salır. Hətta səhv eləmirəmsə, irsi amil də bu qanunun şərtləri üçün keçərli hesab olunur - az və ya çox dərəcədə...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI