Azərbaycan dünyanın əsas multikultural mərkəzlərindən birinə çevrilib

09:52 27-05-2019 | icon 461 | Mədəniyyət
Azərbaycan dünyanın əsas multikultural mərkəzlərindən birinə çevrilib

Azərbaycan xalqı bütün dövrlərdə tolerantlıq mədəniyyətini və multikultural dəyərləri özündə əks etdirib və yaşadıb. Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan əhəmiyyətli bir hadisədir.

 

Versus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov öz müsahibəsində deyib. O, Prezident İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi fikirlərin ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq qurmaq üçün dünyaya ciddi mesaj olduğunu vurğulayıb.

 

Müsahibimiz qeyd edib ki, bu istiqamətdə təşkil edilən tədbirlər Azərbaycanı dünyanın əsas multikultural mərkəzlərindən birinə çevirib. Biz multikultural dəyərləri yaşadır, təbliğ edir, həmçinin onun yayılması üçün beynəlxalq səviyyədə əməkdaşlıq edirik. Ölkəmizdə müxtəlif dini və etnik icmalar sülh və qardaşlıq şəraitində yaşayır və dövlətimizin qayğısını hiss edirlər.

 

Muzeyin əməkdaşı dövlətimizin bu siyasətinin ölkəmizin ali və orta məktəblərində, elm və mədəniyyət ocaqlarında geniş təbliğ olunmasından da danışıb. Qeyd edib ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 2016-cı ildən etibarən multikulturalizm, islam həmrəyliyi, tolerantlıq mövzularında seminarlar, dəyirmi masalar təşkil olunur. Tədbirlərə mütəmadi olaraq Azərbaycanın ali və orta məktəblərinin müəllim, tələbə və şagirdləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, dini və etnik icmaların üzvləri dəvət olunurlar.

 

Azərbaycanın multikultural dəyərləri, tolerantlıq mədəniyyəti daim öyrənilir, bu istiqamətdə beynəlxalq və respublika konfranslarında məruzələr dinlənilir, elmi əsərlər yazılır.

 

Əli Fərhadov vurğulayıb ki, dövlətimiz tərəfindən həyata keçirilən multikulturalizm siyasəti və bu istiqamətdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları bizi daim Azərbaycan mədəniyyətini, sülh və tolerantlıq siyasətini tədqiq və təbliğ etməyə yönəldir.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür