Fuad Əliyev: “Biz tələsmədik”

19:03 14-03-2018 | icon 780 | Siyasət
Fuad Əliyev: “Biz tələsmədik”

“Sərdar Cəlaloğlunun qeydiyyata alınmasını gözləyirik”

“Biz bu qərarımızda tələsməmişik. İnanırıq ki, Sərdar bəyin namizədliyi qeydiyyata alınacaq”.

Bunu Versus.az-a prezidentliyə namizədliyini irəli sürən və imzaları toplayandan sonra ADP sədri Sərdar Cəlaloğluna dəstək məqsədilə namizədliyini geri götürən ALDP sədri Fuad Əliyev bildirib. F.Əliyev bəyan edib ki, hətta Sərdar Cəlaloğlunun namizədliyi qeydiyyata alınmasa belə, dəstəklə bağlı verdikləri qərarı yanlış hesab etmirlər. Onun sözlərinə görə, başqa bir namizədi dəstəkləmələri seçki ilə bağlı başladıqları prosesi dayandırmaq anlamına gələ bilməz:

“Çünki ALDP olaraq biz müxalifətin demokratik seçki naminə öz güclərini birləşdirərək hərəkət etməsi ilə bağlı mütəmadi təkliflərlə çıxış etmişik. Bu addım müxalifət düşərgəsində yeni bir təcrübənin başlanğıcı ola bilər”.

F.Əliyev bildirib ki, şansları dəyərləndirəndən sonra belə bir qərara gəliblər. Onun fikrincə, seçkiyə qatılan Ağ Partiya, VİP, ALDP və ADP sədrləri arasında öz siyasi təcrübəsinə görə daha şanslı olan siyasətçi Sərdar Cəlaloğludur:

“Buna görə də, biz doğru qərar verdiyimizi düşünürük. Hazırda ADP sədri Sərdar Cəlaloğlunun qeydiyyata alınmasını gözləyirik. MSK öz müsbət qərarını verəndən sonra digər məsələlərdə də öz dəstəyimizi əsirgəməyəcəyik”.

 F.Əliyev hesab edir ki, ilk olaraq atdıqları “dəstək” addımı digər partiyalar tərəfindən də təkrarlana bilər:

“Namizədlər qeydiyyata alınandan sonra, yəqin ki, digər partiyalar da Sərdar bəyi dəstəkləyəcək”.

TAHİRƏ

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı