Xalqımızın ən böyük uğur hekayəsi

19:36 27-05-2019 | icon 854 | Kürsü
Xalqımızın ən böyük uğur hekayəsi

Azərbaycan Xalq Cümhuriyyətinin irsi bizim üçün örnəkdir

 

ƏLİMƏMMƏD NURİYEV

 

/Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri/

 

 

 

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ən böyük uğur hekayəsidi. Uzun əsrlərdən bəri xaqlımızın azadlıq yanğısı, müstəqillik arzusu, qurub-yaratmaq, dövlətçilik potensialı Azərbaycan Xalq Cümhuriyyətinin timsalında, xalqımızın zəngin, mədəniyyətinə, milli ənənələrinə, möhtəşəm tarixinə layiq formada reallaşdı. Azərbaycan Xalq Cumhuriyyəti milli olduğu qədər bəşəriydi və o zaman üçün insan hüquq və azadlıqları, unversal dəyərlər, tərəqqipərvər amallar mükəmməl formada və real məzmunda Cumhuriyyətimizin fəaliyyətində əksini tapmışdı.

 

 

Azərbaycan Xalq Cumhuriyyəti məhz insana, demokratik üsul-idarəçiliyə, tərəqqiyə, novatorluğa verdiyi dəyərlə sivilizasiya tarixində ən yaxşı nümunələrindən biri kimi vurğulana bilər. Cümuhuriyyət qurucuları, Qurucu Babalarımız Azərbaycan Xalq Cumhuriyyətinin timsalında milliliklə bəşəriliyin vəhdətini yaradaraq öz zamanlarını on illərlə qabaqlamışdılar. Qurucu babaların hər biri həm də bir millət fədaisidilər, hər biri sona qədər mücadilə aparmış, üç rəngli bayrağımızın bir daha vətənimizdə dalğalanması üçün əllərindən gələni etmişlər. Diqətçəkəndir ki, onlardan heç biri təslim olmamış, bacardığı qədər istiqlal mücadiləsini davam etdirmiş, töhfə verməyə çalışmışdır. Bu da tarixdə nadir fenomenlərdən biridir. Qurucu babalar xalq olaraq, millət olaraq potensialımızı bütün dünyaya nümayiş etdirmiş və bizim üçün şanlı tarix yazıblar. Bu tarixin hər bir səhifəsi bizim üçün qürur mənbəyidir, həm də xalq, dövlətçiliyə, milli ənənələrə, idealizmə sadiqliyin nümunəsidir. 23 ayda əsrlərə sığacaq miras yaratmaq, milli dövlətçilik ideologiyasını formalaşdırmaq, mükəmməl şəkildə reallaşdırmaq, sona qədər mücadilə aparmaq bəşər tarixinin ən möhtəşən nümunələrindəndir.

 

Azərbaycan Xalq Cümhuriyyəti ilə milli dövlətçilik ideologiyamız təşəkkül tapdı və bu gün də dövlətçilik fələsəfəmizin təməlidir. Bu baxış üç rəngli bayrağımızda əks olunub. Azərbaycan hər zaman müsəlman Şərqinin avanqardı olub, Şərq və Qərbin kəsişdiyi coğrafiyada milli ənənələr üzərində modern dövlətçilik modeli təqdim edə bilib. Hazırda şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin irsi bizim üçün örnəkdir.

 

Ötən il Cümhuriyyətin 100 ilik yubileyi böyük şövqlə qeyd olundu. Cənab Prezident İlham Əliyev bununla bağlı fərman imzaladı. Yubiley tədbirləri göstərdi ki, Cümhuriyyətin xatirəsi, irsi, tarixi, qurucu babalar xalqımız üçün necə əzizdir. Xüsusən gənclərdə bu ruhu görmək, hiss etmək çox qürur verir. Gəncliyin bu ruhu gələcəyə də inamla baxmağa əsas verir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol