Ermənilər Paşinyana qarşı

10:18 28-05-2019 | icon 392 | Qarabağ
Ermənilər Paşinyana qarşı

“Ermənistanda fəaliyyət göstərən silahlı Sasnra Çrer Partiyası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mitinqlərə hazırlaşır”.

 

 

Versus.Az xəbər verir ki, bu barədə Sasna Çrer üzvü Areq Kureqyan məlumat verib.

 

O, mitinqlərdə işğal bölgəsinin Ermənistana birləşdirilməsi məsələsinin qaldırılacağını bildirib:

“Qarabağ Ermənistandan ayrı olmamalıdır, bura Ermənistanın bir vilayəti olmalıdır və qubernator idarə etməlidir”.

 

Ermənistan mediası Sasna Çrerin aksiyasını “təxribat” adlandırıb. Ermənistanın işğalçı ordusunun keçmiş üzvü, general Arşavir Qaramyan isə Qarabağ separatçılarının başçısı Bako Saakyanın ölümlə təhdid edildiyini bildirib. General keçmiş döyüşçü Jivan Abramyanın Saakyanı ölümlə hədələdiyini deyib.

 

Erməni mediasında yayılan iddiaya görə, Sasna Çrerin başladığı anti-Qarabağ kampaniyasının və Bako Saakyanın təhdid edilməsinin arxasında Baş nazir Nikol Paşinyana bağlı şəbəkə durur:



“İrəvanda Qarabağ başçılarının təhdid edilməsinə yönəlik çağırışlar var. Sasna Çrer Qarabağda təxribatçı aksiyalara başlayıb. Qarabağın girişinə “Qarabağ Ermənistanın ərazisidir” şüarını yazıblar. Ermənistan hakimiyyəti isə bu təxribata cavab vermir.

Digər yandan isə Robert Köçəryanın həbsdən çıxmasına etiraz edən Nikol Paşinyan cəmiyyətə Qarabağda inqilabın baş verəcəyi mesajını ötürüb. Hesab etmək olar ki, bu təxribatçı kampaniyanın sonunda Qarabağı itirə bilərik. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu il ərzində 10-dan çox hərbi təlim keçib”.



Məlumatda qeyd edilib ki, Soros Fondunun tapşırığı ilə qərar qəbul edən Paşinyan hökumətinin əsas məqsədi Ermənistanı tamamilə Rusiyadan uzaqlaşdırmaq, Qarabağı Azərbaycana qaytarmaqdır.(Teleqraf.com)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi