"Diplomatlarımızın ABŞ diplomatlarına mühazirə oxumasına ehtiyac var"

21:32 14-03-2018 | icon 611 | Siyasət
"Diplomatlarımızın ABŞ diplomatlarına mühazirə oxumasına ehtiyac var"

""Qondarma "Dağlıq Qarabağ Respublikası"nın eyni dərəcədə qondarma "başçı"sı Bako Saakyanın ABŞ-a səfəri gerçəkdən də bütün beynəlxalq hüquqi normalara zidd idi və rəsmi Bakının məlum səfərlə bağlı haqlı olaraq verdiyi nota da tamamilə ədalətlidir. Ancaq ABŞ-ın Bakıdakı səfirliyinin Azərbaycanın notasına verdiyi ikibaşlı və ziddiyətli cavab isə heç cürə qəbuledilən deyil. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, ABŞ səfirliyinin cavabı açıq-aşkar "ikili standart"lara əsaslanır".

Versus.az-ın məlumatına görə, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:

"Səfirliyin cavabında qeyd edilir ki, - "Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun proseslə bağlı fəaliyyətini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktı prinsipləri - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək". Bu nə deməkdir? ABŞ səfirliyi nə üçün heç bir lüzum olmadığı halda "xalqların öz müqəddəratını təyinetmə" prinsipini cavab notasının mətninə əlavə etsin ki? Səfirlik bununla hansı məqsədi güdür?".

Partiya sədrinin fikrincə, ABŞ səfirliyinin bu hərəkəti əslində erməni separtizminə açıq surətdə dəstəkdir:

"Məncə, bizim Xarici İşlər Nazirliyimizin yüksək çinli diplomatlarının ABŞ səfirliyindəki diplomatlara mühazirə oxumasına ehtiyac var. Yəni ki, qoy bilsinlər ki, ermənilər artıq bir dəfə öz müqəddaratlarını təyin ediblər və Ermənistan adlı dövlətlərini qurublar. Odur ki, Azərbaycan torpaqlarının hesabına ikinci erməni dövlətinin yaradılmasına rəsmi Bakı heç vaxt imkan verməz! Bax bu aksioma-həqiqəti yaddaşsız və yaxud da ki, qərəzli amerikalı diplomatlara konkret başa salmaq lazımdır. Rəsmi Vaşinqtonu təmsil edən Bakıdaki diplomatlar bilməlidirlər ki, onların cavab notasındakı bu cürə "ikili standart" siyasəti Rusiyanın Dağlıq Qarabağ separtçılarına dolayı yolla dəstək verməsindən heç nə ilə fərqlənmir və bu da ilk növbədə ABŞ-ın öz maraqları üçün zərərlidir".

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı