“Təhlükəsiz qida uşaqların gözü ilə”

16:19 29-05-2019 | icon 438 | Cəmiyyət
“Təhlükəsiz qida uşaqların gözü ilə”

Rəsm müsabiqəsinin qaliblərinin seçim mərhələsi yekunlaşıb

 

Qida Təhlükəsizliyi Agentliyinin start verdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin seçim mərhələsi yekunlaşıb.

 

Versus.Az-ın məlumatına görə, Bu barədə qurumun mətbuat katibi Aysel Fərziyeva deyib.

Bildirib ki, Agentlik əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir:

“Maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə respublikanın müxtəlif ərazilərindən, hətta ucqar dağ kəndlərindən belə 2000-ə yaxın rəsm daxil olub. Qaliblər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü dənizkənarı bulvarda keçiriləcək sərgidə açıqlanacaq. Eyni zamanda müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdiriləcək".

 

Qurum rəsmisinin sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd uşaqların diqqətini qida təhlükəsizliyi mövzusuna çəkməkdir. Odur ki, əl işləri seçilərkən uşaqların qida təhlükəsizliyinə yanaşmaları, eyni zamanda məktəblilərin bu sahədə bilikləri, orijinal təxəyyül məhsulu və sağlam qidalanma ilə bağlı düşüncələri əsas götürülüb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin