Azərbaycanda kredit ittifaqları ilə bağlı qadağa 

13:49 30-05-2019 | icon 447 | İqtisadiyyat
Azərbaycanda kredit ittifaqları ilə bağlı qadağa 

Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan edilir.

 

Versus.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Kredit ittifaqları haqqında” qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.

 

Yeni layihəyə əsasən, kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun qarşısının alınması ilə bağlı fəaliyyəti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq tənzimlənir.

 

Qeyd edək ki, kredit ittifaqlarının əsas məqsədi kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsidir.

 

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol