Azərbaycana gələn fanat ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib

14:15 30-05-2019 | icon 472 | İdman
Azərbaycana gələn fanat ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib

UEFA-nın Avropa Liqasının Bakıda keçirilən final oyununun təbliğatı məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən “Times”, “The Telegraph”, “Press Association”, “Daily Star”, “The Mirror”, “The Sun” kimi dünya üzrə ən çox oxunan mətbuat orqanlarından olan 11 nəfərlik media nümayəndələri üçün tur təşkil edilib.

 

Versus.Az xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, media nümayəndələrinə Bakının turizm məkanları tanıdılıb, ölkəmiz haqqında ətraflı məlumat verilib.

 

Azərbaycan Turizm Bürosu tərəfindən final oyunu ərəfəsində təbliğat məqsədilə atılan digər maraqlı addımlardan biri də “Snapçat” üçün Azərbaycanın turizm brendi və loqosuna uyğun olaraq final oyununa məxsus, London şəhərində aktiv olan xüsusi filterin hazırlanması olub.

 

Bundan əlavə, Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycana səyahət edən “Çelsi” klubunun fanatları ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib. Belə ki, dünyanın nüfuzlu “Reuters”, “Yahoo News”, “Daily Mail”, “BBC”, “ITN (Independent Television News)”, “Radio1” kimi kütləvi informasiya vasitələri Londondan İstanbula, oradan Gürcüstan, daha sonra qatarla Azərbaycana oyunu izləmək üçün gələn “Çelsi” klubunun fanatları ata və oğul Kevin Cobb və Jake Ralphın Azərbaycana səyahəti haqqında geniş məqalələr hazırlayıblar.

 

Müsahibələrində onlar Azərbaycanda xoş qarşılandıqlarını və onlara göstərilən diqqətdən məmnun qaldıqlarını dilə gətiriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı