Yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb

14:48 30-05-2019 | icon 513 | Hadisə
Yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb

Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb.

 

Versus.Az-ın məlumatına görə, Göygöl rayonunda ailə mübahisəsi baş verib. 2004-cü il təvəllüdlü İsmayılov Emil Ramil oğlu may ayının 22-sindən yoxa çıxıb.

 

Onun itkin düşməsinə səbəb anası tərəfindən döyülərək evdən qovulması olub. Bu barədə Trend-ə yeniyetmənin atası bildirib. Ramil İsmayılovun sözlərinə görə, o, 11 ildir ki, həyat yoldaşından ayrılıb:

 

"Oğlum mayın 22-si anası tərəfindən döyülüb, səbəb isə dərslərini yaxşı oxumaması olub. Anası onu döyərək qovlayıb və bildirib ki, get atanın yanına. Emil evdən çıxıb, gecə qayıdarkən anası onu evə buraxmayıb və uşaq qapıda gecələyib".

 

R.İsmayılovun sözlərinə görə, növbəti gün Emil Bakıya yola düşüb:

 

 

"Oğlum Bakıya yola düşəndə cibində 33 manat pul olub. Anası onun yoxa çıxdığını anladıqda polisə müraciət edib. Polis əməkdaşları Emilin əl telefonu ilə əlaqə saxlayaraq öyrəniblər ki, o, Bakıdadır və işləmək üçün bura üz tutub. Bundan sonra Emillə əlaqə kəsilib".

 

Yeniyetmənin atası əlavə edib ki, Emili sonuncu dəfə 9-cu mikrorayonda görüblər: "O, məşhur marketlərdən birinin qarşısında halsız vəziyyətdə pilləkəndə oturubmuş. Mən oğlumu iki ildi görmürəm, Emil, onu axtardığımı bilsə, öz xoşu ilə üzə çıxar. Onu görənlərdən 055 813 65 55 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirəm".

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı