"Qarabağı Bakıya qaytarmaq lazımdır"

16:33 30-05-2019 | icon 355 | Qarabağ
"Qarabağı Bakıya qaytarmaq lazımdır"

Erməni əsilli ukraynalı tədqiqatçı Filip Ekozyants özünün Yutub kanalında sorğu keçirib.

 

Versus-Az Axar.az-a istinadla xəbər verir ki, tədqiqatçı izləyicilərində 3 suala cavab verilməsini istəyib:

1. Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidirmi? Söhbət Dağlıq Qarabağ və Kosovodan gedir.

2. Bu ərazilər üzərində nəzarəti qaytardıqdan sonra Dağlıq Qarabağ və Kosovoya muxtariyyət verilməlidir?

3. Ərazilərin qaytarılmasından sonra Azərbaycan və Serbiya əhaliyə (ermənilər və kosovolular) öz ana dilindən ikinci dövlət dili kimi istifadə etmək imkanı verməlidirlər?

Ekozyantsın sözlərinə görə, insanların əksəriyyəti bu suallara müsbət cavab verib: Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməli, Qarabağ və Kosovoya muxtariyyət verilməli, erməni və alban dillərindən istifadəyə icazə verilməlidir.

"Çoxları Azərbaycanla bağlı suala cavab verərkən bildirib ki, SSRİ vaxtında hər şey məhz bu cür olub - ermənilər öz dillərində təhsil alıb. Heç kim onlara bunu qadağan etməyib", - tədqiqatçı qeyd edib.

Ekozyants istifadəçilərə ünvanlandığı sualları özü də cavablandırıb. Onun sözlərinə görə, Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidir. Çünki hər iki dövlətin buna hüququ çatır.

"Bundan sonra Azərbaycan və Serbiya Qarabağa və Kosovoya muxtariyyət verməlidir. Bu düzgün olardı", - Ekozyants qeyd edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür