“Osteoxondroz əlilliklə nəticələnə bilər”

17:04 30-05-2019 | icon 1364 | Sağlamlıq
“Osteoxondroz əlilliklə nəticələnə bilər”

Nərminə Abbasova: “Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir”

 

“Müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə - kompyuter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. Bu xəstələr tibbi yardım üçün çox gec müraciət edirlər – xəstəlik o qədər inkişaf edir ki, hətta cərrahi əməliyyat tələb olunur”.

 

Bu sözləri Osteoxondrozun bu gün geniş yayılması və müalicəsiylə bağlı Versus.Az-a danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova deyib.

 

Həkimin sözlərinə görə, insanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab etsə də, əslində bu heç də elə deyil:

 

“Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər. Ağrı – osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli - günlərlə və aylarla davam edən - olur, çətinliklə aradan qaldırılır. Osteoxondroz ağrıları fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır”.

 

Həkim deyir ki, boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Bəzən əllərin və hətta dilin keyləşməsi və soyuq olması hissi, səsin yoğunlaşması qeyd edilir:

 

“Döş nahiyyəsində ağrı çox vaxt ürək ağrısı ilə səhv salına bilər. Fəqərə sütununun döş hissəsinin osteoxondrozu zamanı ürək, qara ciyər, mədə nahiyyəsində ağrılar, bəzən cinsi zəyiflik, kişilərdə impotensiya qeyd olunur. Ən çox yayılmış bel hissəsinin osteoxondrozu zamanı isə bel nahiyyəsində və aşağı ətraflarda güclü ağrılar, ayağın keyiməsi, “soyuması” və bəzən hətta arıqlaması müşahidə olunur. Vaxtında müalicə olunmadıqda osteoxondroz ətrafların parez və iflicinə gətirib çıxara bilər”.

 

Fəqərə sütununun ən informativ müayinə növünün maqnit rezonans tomoqrafiyası (MRT) olduğunu deyən Nərminə xanım vurğulayıb ki, bu müayinə həkim tərəfindən təyin edilməlidir:

 

“Hazırda insanların demək olar, əksəriyyətində bu pozulmanı müxtəlif formalarda aşkar etmək mümkündür. Xalq arasında buna "duzların yığılması" deyirlər. Amma bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur”.

 

Nərminə Abbasovanın sözlərinə görə, müalicə olunmadıqda Osteoxondroz çox ağır fəsadlara, hətta əlilliyə gətirib çıxarda bilər:

 

“Osteoxondrozun, əsasən döş və bel osteoxondrozunun kəskin dövrlərində xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz bərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən, məsələn, boyun, bel və sair istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar təyin olunur. Məsələn, diklofenak, ibuprofen, indometasin və sair. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. Amma onu da nəzərinizə çatdırım ki, Osteoxondrozun mütləq yalnız bu işdə geniş bilikləri və təcrübəsi olan mütəxəssis tərəfindən həyata keçirilməlidir. Əks halda "müalicə" xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq”.

 

Həkim onu da vurğuladı ki, üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Belə ki su onurğa sütunda olan gərginliyi azaldır, "masaj" edir, onurğa sütunu saxlayan əzələləri bərkidir.

 

DİQQƏT!

Əgər siz Allergiya və Astma xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI