“Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər” - BƏYANAT

20:49 30-05-2019 | icon 394 | Qarabağ
“Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər” - BƏYANAT

“ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində, əvvəlcədən istənildiyi kimi, nizamlama prosesində növbəti konkret addımlarla əlaqədar, o cümlədən humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı təkliflər təqdim ediblər”.

 

Versus.Az ONA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin yekununa dair bəyanatında deyilir.

 

Bildirilir ki, səfərin məqsədi təmas xəttində və beynəlxalq sərhəddə vəziyyətin inkişafını qiymətləndirmək və Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin martın 29-da Vyanada, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskva görüşündə aparılmış müzakirələri davam etdirməkdir.

 

Qeyd olunur ki, həmsədrlər regiona səfər çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla martın 27-də İrəvanda və Prezident İlham Əliyevlə martın 30-da Bakıda görüşüblər. Hər iki paytaxtda onlar həmçinin müdafiə və xarici işlər nazirləri ilə məsləhətləşmələr aparıblar. Mayın 28-də həmsədrlər Dağlıq Qarabağda de-fakto rəhbərliklə  görüşüblər. Bakıda onlar Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüş keçiriblər. Dağlıq Qarabağda olarkən onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndələri tərəfindən humanitar məsələlər barədə məlumatlandırılıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı