Qızıldaşda bayram konserti

08:05 31-05-2019 | icon 464 | Mədəniyyət
Qızıldaşda bayram konserti

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş bayram konserti keçirilib.

 

İdarədən Versus.Az-a verilən məlumata görə, tədbirdə Baş İdarənin rəisi Cəlil Məlikov, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yusif Nəsibov və qəsəbə sakinləri iştirak ediblər.

 

Aparıcı Humay Muxtarova gələn qonaqları və tamaşaçıları salamlayıb, onları bayram münasibəti ilə təbrik edib. Sonra Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində keçirilən müxtəlif tədbir və seminarlarda fəal iştirak edən bir qrup gəncə Mədəniyyət Mərkəzi adından Təşəkkürnamələr təqdim olunub.

 

Konsertdə tanınmış mügənni Elnur Məmmədov səhnəyə çıxaraq xalqımızı Respublika Günü münasibəti ilə təbrik edib, canlı ifası ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Konsertdə qonaq qismində mügənnilərdən Nur Cəfərli, rəqqasə Kəmalə Səfərəliyeva çıxış ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi