"Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırılıb"

12:20 31-05-2019 | icon 396 | Cəmiyyət
"Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırılıb"

Vəkillər Kollegiyasının işlərinə ən böyük töhfəni Prezident İlham Əliyev verib.

 

Versus.Az xəbər verir ki, bunu "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı" adlı konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Vəkillər Kollegiyasının müasir tələblərə cavab verən binası var. Kollegiya bir çox işlər görüb:

 

“Kollegiyanın Rəyasət Heyəti işə başlayanda ictimaiyyətə bildirdik ki, vəkilliyi inkişaf etdirəcəyik. Dərhal da cənab Prezident səsimizi eşitdi. Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzaladı. Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıldı".

 

A.Bağırovun sözlərinə görə, bu, vəkilliyə olan bir avansdır:

 

"Sumqayıt Regional Vəkil bürosu artıq fəaliyyət göstərir. Həmin büro bizə dövlət tərəfindən müddətsiz ayrılıb, oranın təmiri də dövlət hesabına həyata keçirilib. Vəkillər buna vəsait sərf etməyib. Şirvanda, Şəkidə də büroların binalarının təmiri aparılır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI