UİT.az saytı təqdim edildi

13:00 31-05-2019 | icon 821 | KİV
UİT.az saytı təqdim edildi

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Uşaqların internet təhlükəsizliyini təmin etmək məqsədilə maarifləndirmə tədbirlərinin təşkilil" layihəsinə çərçivəsində həyata keçiriləcək UİT.az saytının təqdimatını keçirib.



ADİİM sədri Cavid Şahverdiyev əvvəlcə sayt haqqında tədbir iştirakçılarına qısa məlumat verib. QHT sədri bildirib ki, layihə mövzusu günün aktual mövzularından biridir:

"Məqsədimiz uşaqların internet təhlükəsizliyini təmin etmək istiqamətində onları, yeniyetmələri, valideynləri, ümumilikdə bütün cəmiyyəti maarifləndirməkdir”.


Layihə rəhbəri saytın strukturu barədə bilgi verərək qeyd edib ki, burada mütəxəssis rəy və təkliflərinə, tövsiyələrinə geniş yer ayrılıb:

“Bundan başqa daxili imkanlarımız hesabına Bakının müxtəlif internet klublarında monitorunq və reportajların hazırlamaq, uşaqlarla birbaşa təmaslar, onların valideynləri, müəllimləri ilə görüşləri də fəaliyyət planına daxil etmişik”.



Daha sonra müzakirələr aparılıb. Tədbirdə iştirak edən jurnalistlər uşaqların zərəli və təhlükəli vərdişlərdən qorumaq üçün belə bir internet resursunun yaradılmasını vacib hesab ediblər.


Media.az-ın rəhbəri Nəzərbəy Hacıağayev bildirib ki, bu gün uşaq və yeniyetmələrin internetdən milli-mənəvi dəyərlərimizə zidd olan informasiyalar, pis vərdişlərlə tanış olmaları bütünlükdə onlara yox, xalqımıza dəyən ziyandır:

“Bunun qarşısını almaq üçün bütövlükdə hamımız maarifləndirici təbliğatlar aparmalıyıq. Bu işi təkcə hansısa layihə çərçivəsində yaradılan sayt yox, bütün media üzərinə götürməlidir”.


Çıxış edən araşdırmaçı jurnalist Elnur Eltürk isə qeyd edib ki, uşaqların internetdən zərərli vərdiş və təhlükəli məlumatlarla tanış olmaları, sonda onların müxtəlif cinayətlərə yol açmalarına şərait yaradır:

“Bu, bütünlükdə cəmiyyətin bəlasıdır. Ona görə də, media hər gün bu sahədə maarifləndirici məlumatlar yaymalıdır. Uşaqlar, onların valideynləri, müəllimlər bu işə cəlb olunmalı və uşaqlara nəzarət edilməlidir”.


Jurnalist Əli Zülfüqaroğlu UİT.az-ın fəaliyyətinin böyük effekt verəcəyinə ümid etdiyini qeyd edib:

“Ümid edirəm ki, bu sayt daim fəaliyyət göstərəcək, çünki uşaqlarımızı maarifləndirmək gələcəyimizi qurmaq, təhlükə və bəlalardan qorumaq deməkdir”.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI