"Ehtiyat dərsliklərin yaradılması işinə başlanılıb"

16:05 31-05-2019 | icon 403 | Təhsil
"Ehtiyat dərsliklərin yaradılması işinə başlanılıb"

“Azərbaycanda təhsil sistemində yeni bir yanaşma tətbiq edilir. Təbii ki, dərsliklərin həcmi həftəlik dərs yükünə bağlıdır. Amma hazırda tətbiq edilən yeni yanaşmaya əsasən həcmi çox olan ana dili və riyaziyyat dərslikləri iki hissədən ibarət olacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu yanaşma artıq həyata keçirilmə üzrədir:

 

“Bu yanaşmanın özünü doğrultmasından asılı olaraq yekun qərar qəbul olunacaq. Dərsliklərin məzmununun təkmilləşdirilməsi prosesi qanunverciliyə uyğun olaraq həyata keçirilir. Dərsliklər dörd ildən bir tamhəcmli formada yenidən çap olunan zaman yeni redaksiyada təqdim edilir. Bu müddət ərzində yığılmış təkliflər nəzərə alınır”.

 

C.Bayramov Azərbaycanda yeni proqrama uyğun olaraq ümumtəhsilin bütün səviyyələrində 1-ci sinifdən 11-ci sinifə qədər yeni dərsliklərin tətbiqinin həyata keçirildiyini xatırladıb. Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində bu proqram artıq 11-ci siniflərə şamil edilib. O, bununla da bu tipli dərsliklərin yenilənməsi prosesinin başa çatdığını vurğulayıb.

Nazir Azərbaycanda ehtiyat dərsliklərin yaradılması işinə başlanıldığını bildirib.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin