Qənirə Paşayeva Ərzurumda Qəhrəmanlar abidəsinin açılışında iştirak edib

13:45 15-03-2018 | icon 1256 | Sosial
Qənirə Paşayeva Ərzurumda Qəhrəmanlar abidəsinin açılışında iştirak edib

Millət vəkili Qənirə Paşayeva Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında “100-cü İl Qəhrəmanlar abidəsi”nin açılışında iştirak edib.

Versus.az-ın mlumatına görə, səfər çərçivəsində Q. Paşayeva Ərzurum Böyükşəhər bələdiyyə başqanı Mehmet Sekmen ilə görüşüb. Millət vəkilinin Ərzurumda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda reallaşacaq deyib.

Qənirə Paşayeva görüş zamanı Ərzurumda təhsil alan azərbaycanlı tələbələr barədə də bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib.

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda keçirilən gecədə bütün Müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, müsəlman şərqində ilk dövlət olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu bizim qürur tariximizdir deyib.

Tədbirdə Azərbaycanın Əməkdar Artisti Lalə Məmmədova geniş konsert proqramı ilə çıxış edib və vətənpərvərlik mahnılarını səsləndirib.

 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı