“İlin anası” ərini ürəyindən bıçaqladı

 

18:32 31-05-2019 | icon 434 | Hadisə
“İlin anası” ərini ürəyindən bıçaqladı
 

İngiltərənin Bertli şəhərində vaxtilə "İlin anası" mükafatının laureatı olmuş qadın - Helena Karin Atay həyat yoldaşını qətlə yetirib. Hadisə spirtli içkiyə görə onların arasında yaranan mübahisə zamanı baş verib.

 

Versus.Az bizimyol.info-ya istinadən xəbər verir ki, 42 yaşlı Helena spirtli içki almağa getmək istəyirmiş. Həyat yoldaşı Atakan buna etiraz edib. Mübahisə zamanı Atakan ona yumruq vurub. Məhkəmədə qadın deyib ki, özünü müdafiə etmək məqsədilə stolun üstündən bıçağı götürüb ərini vurub. Bıçaq kişinin ürək nahiyəsinə saplanıb.

45 yaşlı Atakan yaralı olsa da, təcili yardıma zəng edərək, həkim çağırıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.

Britaniyalı qadın deyir ki, məqsədi ərini öldürmək olmayıb, affekt vəziyyətdə bu addımı atıb: "Biz dalaşırdıq, necə oldusa, hər şey bir anda nəzarətdən çıxdı.

 

Məhkəmədə evdə olan videokameranın yaddaşındakı görüntülər də nümayiş etdirilib. Məhkəmə də o nəticəyə gəlib ki, hadisə vaxtı qadın özünü müdafiə etməyə çalışıb.

Britaniyalı Helena xərçəngdən əziyyət çəkən qızının həyatı üçün apardığı mübarizəyə görə "İlin anası" mükafatının laureatı olmuşdu. Uşağın müalicəsi üçün 500 min funt sterlinq toplansa da, xeyri olmadı. Qadının qızını itirdikdən sonra içkiyə qurşandığı bildirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür