Bilal Mahmudov vəfat edib

14:10 15-03-2018 | icon 1091 | Cəmiyyət
Bilal Mahmudov vəfat edib

Bilal Baxşalı oğlu Mahmudov ömrünün 89-cu ilində vəfat edib.

Versus.az-ın məlumatına görə, 5 may 1929-cu il tarixində Tərtər rayonunda anadan olub. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəxsən onun təşəbbüsü ilə Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Bilal Mahmudov dövlət qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub. Ötən müddət ərzində Heydər Əliyevlə bağlı xatirələri dövrü mətbuatda dərc edilib.
Allah rəhmət etsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol