İşğalçıya ikinci “aprel qulaqburması” verməyin zamanı

09:11 01-06-2019 | icon 424 | Qarabağ
İşğalçıya ikinci “aprel qulaqburması” verməyin zamanı

Düşmənin təmas xəttindəki son təxribatı müharibəni bir az da yaxınlaşdırdı; politoloq: “Həbrçimizin şəhid olmasına görə işğalçı cəzalandırılmalıdır”; Azərbaycan qardaş Türkiyə ilə daha bir təlimə başlayır...

 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri başa çatdı. Diplomatların yaydıqları bəyanatda səfərin əsas məqsəd kimi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyəti qiymətləndirilmək, habelə Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılmış müzakirələri davam etdirməklə bağlı olduğu bildirilir. Eyni zamanda, cəbhə xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunur, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılır.

 

Həmsədrlərin budəfəki səfəri ilə bağlı ən mühüm və kritik məqam da onların bölgədə, daha dəqiqi, Bakıda olarkən Azərbaycan Ordusu hərbçisinin erməni snayper atəşi nəticəsində həlak olmasıdır. Bu, şəkk-şübhəsiz, düşmən tərəfin növbəti təxribatıdır, onsuz da kövrək olan sülh danışıqlarının torpedalanmasıdır və cavabı sözsüz ki,  mütləq verilməlidir.

*****

İnsidentlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi artıq bəyanat yayıb. “Xüsusi qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmağa xidmət edir. İşğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmadığını, əksinə, Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur. Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir”, - deyə bəyanatda vurğulanıb.

 

Mümkün nəticə deyərkən, əlbəttə ki, Azərbaycan tərəfinin adekvat cavab addımları nəzərdə tutulur. Çünki bu, ötən ilin oktyabrında Düşənbədə Azərbaycan və Ermənistan rəhbərləri arasında əldə edilmiş şifahi razılaşmadan sonra qeydə alınan ən böyük insidentdir. Bəllidir ki, həmin anlaşmadan sonra təmas xəttində gərginlik xeyli azalmışdı.

“Həmsədrlərin İrəvandan sonra Bakıda olduğu gün erməni separatçılarının atəşkəsi pozaraq hərbçimizi şəhid etməsi təsadüfi deyil. Məntiqlə hərbçimizin şəhid edilməsi və cəbhə bölgəsində sabitliyin pozulması Nikol Paşinyanın maraqlarına cavab verməməlidir. Çünki o da bilir ki, bir neçə gün sonra cavab atəşi İlə Ermənistan ordusu da itki verəcək. Bəs onda atəşkəsi pozmaq əmri hardan və kimdən - İrəvandan, yoxsa Xankəndidən verilib?”

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan üçün bu sualın cavabının elə bir əhəmiyyəti yoxdur. “Çünki həm İrəvandadakılar, həm də Xankəndidəkilər işğalçıdırlar. Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədəki kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar. Köçəryan tərəfdarları həmin planı hərəkətəmi gətiriblər?”, - deyə politoloq sual edib.

Onun sözlərinə görə, atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoyublar: “Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsi təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar. ”Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər". Söhbət humanitar və təhlükəsizlik tədbilərindən gedir. Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir və ya hansı humanitar tədbirdən danışılır ki, var gücləri ilə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir".

 

Siyasi ekspert hesab edir ki, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir: “Bütün hallarda həbrçimizin şəhid olmasına görə qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur”.

 

Zakir Həsənov təmas xəttinin ile ilgili görsel sonucu

Maraqlıdır ki, insidentdən bir qədər qabaq müdafiə naziri Zakir Həsənov təmas xəttinin elə həmin istiqamətində olarkən düşmənin hər hansı təxribatının qarşısının bütün silah sistemlərindən istifadə olunmaqla alınması barədə göstəriş vermişdi. Odur ki, Azərbaycan Ordusunun şəhid zabitin qanının yerdə qoymayacağına əminik. Əks halda, işğalçı daha da azğınlaşa bilər. Şəhidlərimizin qisasını almaq üçün bəlkə də düşmənə ikinci bir “aprel qulaqburması” verməyin zamanı çatıb.

Silahlı qüvvələrimizin döyüş potensialı buna tam imkan verir. Son vaxtlar ordumuzun maksimum döyüş şəraitinə yaxınlaşdırılmış intensiv təlimləri, o sırada qardaş Türkiyə ilə keçirilən hərbi təlimlər işğalçı qüvvələr üçün heç bir şans saxlamır.

Yeri gəlmişkən, Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimi keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. “Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin