Ermənilərin cəbhə xətti boyu növbəti təxribatlara əl atması hiddət doğurdu;

09:24 01-06-2019 | icon 546 | Qarabağ
Ermənilərin cəbhə xətti boyu növbəti təxribatlara əl atması hiddət doğurdu;

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 30-da cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlu şəhid olub.

Versus.Az xəbər verirki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Məlumatda deyilir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Həmçinin Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Şəhid olan batalyon komandiri, mayor Aqil Ömərov mayın 31-də doğulduğu Qax rayonu Lələpaşa kəndindəki qəbiristanlıqda dəfn olunub.

Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb.

mayor dəfn olundu ile ilgili görsel sonucu

Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var.

Düşmən snayperinin açdığı atəşlə təmas xəttinin Ağdam istiqamətində Azərbaycan ordusunun zabitinin şəhid olması ötən ilin oktyabrında münaqişə tərəflərinin liderləri arasında Düşənbədə əldə edilmiş razılaşmadan bəri baş vermiş ən ciddi insident sayılır. MDB-nin Düşənbə sammiti zamanı Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş qeyri-formal görüşdə əldə edilmiş razılaşmadan sonra təmas xəttində gərginlik xeyli azalmışdı. Hərçənd Ermənistan ordusu bu razılaşmanı daha əvvəl də pozub və nəticədə ordumuz şəhid verib. İndiki halda isə düşmən snayperi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərləri çərçivəsində Bakıda görüşlər keçirdiyi saatlarda zabitimizi hədəf alıb.

Ekspertlər diqqəti həm də bu nüansa cəlb edirlər ki, düşmən qüvvələrinin son günlər müşahidə olunan bu fəallığı Ermənistandakı Paşinyan hakimiyyəti ilə Qarabağ klanı, o cümlədən Dağlıq Qarabağdakı rejimin rəhbərliyi arasında münasibətlərin xeyli gərgin olduğu vaxta təsadüf edir. Bu günlərdə baş nazir Nikol Paşinyan bildirib ki, keçmiş rejim və onun Qarabağdakı adamları təmas xəttində vəziyyəti gərginləşdirməklə müharibə başlatmaq, “bəzi əraziləri” verməklə günahı hakimiyyətin üstünə atmaq kimi planlar qururlar. Bu baxımdan düşmən ordusunun fəallığının arxasında Paşinyanın özünün, yoxsa Qarabağ klanının dayandığı haqda suallar yaranr.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI