Namaz nə vaxt qılınacaq, fitrə necə çıxarılacaq?..

09:48 01-06-2019 | icon 451 | Cəmiyyət
Namaz nə vaxt qılınacaq, fitrə necə çıxarılacaq?..

Mübarək Ramazan ayının son günlərini yaşamaqdayıq. Nazirlər Kabinetinin qərarına görə, iyun ayının 5-i və 6-sı Ramazan bayramı qeyd olunacaq. Möminlər isə bayram günü yeni ayın görünməsi ilə müəyyən edəcəklər.

 

Ramazan bayramının özünəməxsus əməlləri var ki, bunlardan ən əsası bayram namazı və Fitrə zəkatıdır. Məhz buna görə Ramazan bayramına Fitr bayramı da deyilir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən mayın 30-da Azərbaycanda bayram namazının vaxtı açıqlanıb. Belə ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

 

Versus.Az xəbər verir ki, Ramazan bayramının əməlləri və icra edilən dini ayinlər barədə danışan ilahiyyatçı Hacı İlqar İbrahimoğlu da açıqlamasında bildirib ki, həmin gün bayram namazı qılmaq və fitrə zəkatı çıxarmaq lazımdır: “Bayram qüslünü almaq, bayram namazından əvvəl fitrəni ödəmək, təzə və ya sadəcə, təmiz paltarlarımızı geyinmək, bayram namazından əvvəl iftar etmək bayram gününün əməllərindədir. Ən önəmli əməllərdən biri də bayram namazını qılmaqdır”.

 

Fitrə zəkatını kimlər verməlidir sualına gəlincə, ilahiyyatçı bildirdi ki, yalnız fəqir insanlar fitrə zəkatı verməkdən azaddırlar: “Özlüyündə borclu olmaq, insanı fitrə zəkatından azad etmir. Ola bilər insan borclu olsun, amma rifah durumuna xas həyat tərzi keçirsin. Fitrə zəkatından azad olmağın meyarı insanın fəqir olmasıdır. Yəni öz aylıq dolanışığını təmin etməkdə böyük çətinlik çəkməsidir. Başqa sözlə desək, insan zəruri həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəksə, fəqir hesab edilir və fitrə zəkatından azad olur. Fitrə zəkatı aqil , yəni psixiki baxımdan normal və həddi-buluğa çatmış, eyni zamanda fəqir və miskin olmayan insana vacibdir. Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Əgər buğda ilə hesablanırsa, bu təxminən 3 manat edir. Yəni adambaşına 3 manat fitrə zəkatının çıxarılması mümkündür. Bayram axşamı, yəni Ramazan bayramından öncəki gecə şam azanından sonra çıxarılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, borcluya və s. verilə bilər. Həmçinin onu möminə vermək müstəhəbdir. Bu zəkatı alkoqollu içki içənə və aşkar günah edənə vermək olmaz. Fitrə zəkatını verən şəxs, özünün və onun çörəkyeyənləri sayılan insanların, o cümlədən evində qalan qonaqlarının da fitrəsini ödəməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir”.

Hacı İlqar İbrahimoğlu ile ilgili görsel sonucu

Hacı İlqar İbrahimoğlu onu da qeyd edib ki, ev sahibinin razılığı ilə onun evində qonaq qalan şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir: “Amma yalnız fitr bayramı gecəsi qonaq olan şəxsin fitrə zəkatı ev sahibinin öhdəsində deyil. Lakin ailə başçısı fitrə vermədikdə, onun həyat yoldaşı və övladlarına bir şey vacib deyil, fitrə vermələri lazım deyil. Qadın ərinin yeməkyeyəni hesab olduqda, imkanı olduğu təqdirdə ərə onun fitrə zəkatını verməsi vacibdir. Amma ərinin, yaxud başqasının yeməkyeyəni hesab olmasa, yəni boşanıbsa və ya heç yerdə qonaq qalmırsa, gərək özü öz fitrə zəkatını versin. Həmçinin qonaq da ev sahibinin razılığı ilə öz fitrə zəkatını versə, onun zəkatı ev sahibinin öhdəsindən götürülür”.

İlahiyyatçı vurğuladı ki, yoxsul olan və maddi imkanı olmayan şəxslərə fitrə zəkatı vacib deyil: “Əgər belə bir şəxsin 3 kilo buğda və bu kimi imkanı və ya bu miqdarın pulu varsa, onu fitrə zəkatı niyyəti ilə verməsi müstəhəbdir. Həmçinin ailə sahibi olduqda onu fitrə zəkatı niyyəti ilə ailənin üzvləri arasında əlbəəl gəzdirsinlər. Sonuncu şəxsin onu özlərindən olmayan bir fəqirə verməsi daha yaxşıdır. Fitrə zəkatını ayırdıqdan sonra onun özü fəqirə verilməlidir, istifadə edilib əvəzi verilə bilməz. Seyid olmayan şəxs, seyidə fitrə zəkatı verə bilməz. Amma seyid olan şəxs, fəqir seyidə fitrə zəkatı verə bilər”./yenimüsavat/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı