Türkiyənin NATO və Pentaqonla ziddiyyətləri son həddə

12:07 01-06-2019 | icon 386 | Dünya
Türkiyənin NATO və Pentaqonla ziddiyyətləri son həddə

“Türkiyənin S-400 prosesini tamamlaması NATO üçün fəlakət ola bilər. Versus.Az axar.az -a istinadla xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin müavini Ketrin Uilbarqer deyib. ”Bu razılaşmanın həyata keçməsi sadəcə, F-35 proqramı üçün təhlükə yaratmayacaq. Eyni zamanda, Türkiyəni NATO müttəfiqləri ilə əməkdaşlıq edə bilməyəcək mövqeyə gətirib çıxara bilər. Hansı ki, bu əməkdaşlıq alyansın müdafiəsinin təmin edilməsində kilit mövqeyə sahibdir", - deyə o qeyd edib.

 

Politoloq Əhəd Məmmədli Türkiyənin təhlükə yaşamayacağını düşünür: “Fəlakət Türkiyənin rusların müasir raket komplekslərini almaq deyil. NATO üçün fəlakət Əfqanıstanda Talibana məğlub olmaqdır. Rusiya ilə Taliban Əfqanıstanın gələcəyini həll edir. Yaxşı olar ki, NATO generalları bu uğursuzluqlarının dərdini çəksinlər. NATO üzvü Türkiyənin Rusiyadan raket komplekslərini alması Şimali-Atlantik Alyansın uğursuzluğudur. Lakin vəziyyətin bu yerə çatmasının günahkarı da NATO-dur. Son illərdə Türkiyəyə qarşı edilən davranışların cavabı da məhz bu cür olmalı idi. Türkiyə öz sərhədində rus qırıcısını haqlı olaraq vurur, NATO əsasnaməsinə uyğun olaraq üzvü Türkiyənin yanında olmaq əvəzinə, burcutma mövqeyində dayanır. NATO generalları durub deyirlər ki, Türkiyə nahaq yerə rus qırıcısını vurdu və biz Türkiyəni müdafiə edən deyilik. Bu cür münasibətin bir adı var -  xəyanət. Bu da bağışlanmazdır. Qardaş Türkiyə də bağışlamadı. Xəyanətin davamı olaraq NATO ölkələri müttəfiqləri Türkiyəni Rusiya ilə üzbəüz qoydular. Halbuki alyans olaraq Rusiyanın üstünə getməyə məqam idi. Bunlar isə əksini etdilər. Ankarada bunun əvəzində Rusiya ilə yaxınlaşmağa başladı. Düz də etdi. İndi də NATO bunun qarşısını ala bilmir. Bu cür hadisələrin baş verməməsi üçün əvvəlcədən fikirləşmək lazım idi. Mən hələ NATO üzvləri ABŞ və Almaniya tərəfindən minlərlə tır silah-sursatın özlərinin də terror təşkilatı kimi tanıdıqları PKK-ya peşkəş verilməsindən danışmıram. Suriyada ABŞ PKK ilə müttəfiqdir. Avropa Birliyi də PKK-ya hər cür dəstək verir. Yaxşı, bütün bunlara nə ad verəsən?

Əhəd Məmmədli ile ilgili görsel sonucu

Əhəd Məmmədli 

Türkiyə-ABŞ münasibətlərinin bu həddə gəlib çatmasının günahkarı varsa, o da amerikalılardır. Amma hələ gec deyil, vəziyyəti düzəltmək olar. Yox əgər Amerika hədə-qorxu dili ilə danışmağa davam etsə, çox yaxın zamanlarda S-400 rus raket kompleksləri türk silahlı qüvvələrinin səlahiyyətində olacaq. Zatən S-400-ləri Ankara alacaq. Yaxşı olar ki, Vaşinqton bu mövzunu qapatsın. Artıq Türkiyə ilə Rusiya daha müasir və yeni S-500-lərin birgə istehsalından danışırlar. Vaşinqton və Brüsseldə anlamalıdılar ki, Türkiyə ötən əsrin Türkiyəsi deyil. Yeni Türkiyə ilə yenidən münasibətlər qurulmalıdır. Və bu münasibətlər tam bərabərhüquqlu müstəvidə olmalıdır. Əks halda, Türkiyə ilə Rusiya birlikdə Avrasiya məkanı quracaqlar. Amerika artıq o gücdə deyil ki, bunun qarşısını alsın. Amerika Türkiyə ilə anlaşmağa məcburdur və gec-tez anlaşacaqlar. Təzyiqlər var, lakin buna sıxışdırmaq deməzdim. Hələ bilmək olmaz sonda kim daha sıxışmış duruma düşəcək. S-400-lərin alınmasının ardınca F-35-lərin də alınması mümkündür. Zatən rəsmi Ankara bunun mümkünlüyü haqqında dəfələrlə bildirib. Çox güman ki, sonda belə də olacaq. S-400-lərin alınması ilə düşünmürəm ki, Türkiyənin NATO-dan çıxma təhlükəsi olsun. O fikirdəyəm ki, indiki Türkiyə NATO-ya ikiqat lazımdır. Bu məsələnin də sonda çözüləcəyi düşüncəsindəyəm”.

Əziz Əlibəyli ile ilgili görsel sonucu

 Əziz Əlibəyli 

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli həyəcan təbili çaldı: “Türkiyə və NATO məsələsi nə şərh edildiyi kimi təhlükəsizlik, nə də texniki məsələdir. Bu, birbaşa Aralıq dənizində yaşananlarla bağlıdır. O bölgədə yaşananlar bir faktı təsdiq edir: bölgədə ABŞ və NATO-nun ciddi silahlanması, baza qurması prosesi gedir. Bu prosesin içində isə F-35, S-400 kimi məsələlər sadəcə detallardır. ABŞ və NATO-nun arqumenti aydındır, təhlükəsizlikdən əndişə edirlər, müttəfiqinin Rusiya ilə yaxınlaşmasına münasibətlərin və kollektiv müdafiənin zədələnməsi kimi baxırlar. Amma xəritədən də göründüyü kimi, sual vermək lazımdır. Bu sadə şübhədirsə, niyə Türkiyə bütün quru və su sərhədi boyunca ABŞ hərbi bazaları ilə əhatə edilib? Üstəgəl, bu, təkcə ABŞ deyil, Kipr və ətrafında ingilis hərbi bazaları, dənizdə isə İsrail- Misir və BƏƏ koalisiyası qurulub. Bunun izahı nədir? Açıqca, ehtimal edirəm ki, NATO Türkiyəyə qarşı hərbi əməliyyata hazırlaşır. Bunun başqa izahı yoxdur. Türkiyəni Aralıq dənizindəki iddialarına və Rusiya ilə müttəfiqliyinə görə, cəzalandırmaq mərhələsinə keçiblər. Türkiyə F-35-ləri rus ”Su"ları ilə rahatlıqla əvəz edə bilər. Edəcək də. Üstəgəl, S-400-ləri arsenalına daxil edəcək. Hələ onun Türkiyədə istehsalını da reallaşdıracaq. Buna görə də ciddi təhlükəsizlik problemi yaşayacaq. Amma məsələ o silahlar deyil. Son 10 ildə ABŞ bölgədə iş aparır. Dəniz hövzəsindəki bütün anti-qüvvələr zərərsizləşdirilib. Liviya dağıldı, Misir zəiflədi, Suriya məhv edildi. Meydanda isə faktiki güc kimi İsrail qaldı. Dünyanın enerji ehtiyatlarının 60 faizi burdadır. Müttəfiqlərin və Türkiyənin savaş gəmiləri gözləmə rejiminə keçiblər. Hətta Cənubi Kipr belə Türkiyəyə hücum üçün gözləməkdədir. İndi artıq daha yaxşı anlaşılır ki, üç il əvvəl Rusiya nə üçün Suriyaya qoşun göndərdi. Çünki Rusiya Suriya vasitəsilə Aralıq dənizinə donanma yeridə bildi. Bu gün orda yaşananlar, görüntüdəki F-35 və S-400 məsələləri kosmetik forma daşıyır. Türkiyə dənizdəki neft yataqlarındakı haqqına iddia edirsə, Rusiya varlığını düşünür. O bölgə ABŞ kontroluna keçsə, Rusiya qaz ölkəsi kimi məhv olacaq. Ona görə, ciddi toqquşma gözləyirəm".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı