Azərbaycan Mətbuat Şurası - 15

19:38 14-03-2018 | icon 758 | KİV
Azərbaycan Mətbuat Şurası - 15

Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd olunub.

Versus.az xəbər verir ki, bu münasibətlə Bakının dəbdəbəli restoranlarının birində tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət qurumlarının, diplomatik korpusun nümayəndələri, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlara Mətbuat Şurasının 15 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Ardınca tədbiri çıxış sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov şuranın son 15 ildə Azərbaycanda söz və fikir azadlığının inkişafında böyük rol oynadığını bildirib. Amaşov qeyd edib ki, Azərbaycan dövləti daima Mətbuat Şurasına dəstək verib. Mətbuat Şurasının 15 il əvvəl 250-yə yaxın kütləvi informasiya vasitəsi, jurnalist təşkilatı tərəfindən təsis edildiyini xatırladan sədr, indiyədək şuraya 12 mindən çox şikayətin daxil olduğunu və bunun hamısının araşdırılıb, lazımı qiymət verildiyini bildirib.

Əli Həsənov isə çıxışında Mətbuat Şurasının önəmindən danışıb. O, şuranın 15 illik fəaliyyətini yüksək qiymətləndirib:

“Bir neçə gün əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Prezident İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilib. Məktubda Azərbaycan cəmiyyətində media-dövlət, media-vətəndaş münasibətlərinin formalaşmasında, media mənsubları ilə ayrı-ayrı subyektlər arasındakı münasibətlərin sivil normalarının bərqərar olmasında Mətbuat Şurasının rolu qeyd edilib. Ötən müddətdə mətbuatın özünütənzimləmə mexanizminin, o cümlədən jurnalistlərin əxlaq kodeksinin yaradılması və media nümayəndələri arasında təbliği işində Mətbuat Şurasının fəaliyyətinə yüksək qiymət verilib. Mətbuat Şurasının fəaliyyətinə ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi”.

Professor Şirməmməd Hüseynov da çıxışında Azərbaycan mətbuatının tarixindən danışıb. Ölkəmizdə mətbuata xüsusi dövlət qayğısının olduğunu deyən Ş.Hüseynov məhz həmin qayğının nəticəsində bu sahədə xeyli nailiyyətlərin qazanıldığını vurğulayıb.

Daha sonra Azərbaycan jurnalistikasında xüsusi xidmətləri olan bir qrup şəxsə ali media mükafatı təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür