“Təhlükəsiz qida uşaqların gözü ilə”

22:06 01-06-2019 | icon 461 | Cəmiyyət
“Təhlükəsiz qida uşaqların gözü ilə”

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Agentlikdən Versus.Az-a verilən məlumata görə, mükafatlandırılma mərasimi çərçivəsində müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdirilib.

 

Mərasimdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Təhsil naziriliyi, Dənizkənarı Bulvar İdarəsi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

 

Mərasimdə bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində məktəblilər arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Məqsəd uşaqların diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək, onlara bu sahənin vacibliyi ilə bağlı biliklər aşılamaq və məktəbliləri sağlam qidalanmağa təşviq etməkdir.

 

“Sağlam məktəbli” maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 2000-ə yaxın rəsm daxil olub.
Sərgi çərçivəsində müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb və onlara sertifikatlar təqdim olunub. 3 nəfər birinci yer, 5 nəfər 2-ci yer, 10 nəfər isə 3-cü yerə layiq görülərək mükafatlandırılıb.
Daha sonra uşaqlar üçün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının təqdimatında “Meyvələrin söhbəti” tamaşası nümayiş etdirilib. Həmçinin məktəblilər üçün müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram təşkil olunub.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür