"Azərbaycan 4 ölkə arasında birləşdirici qüvvəyə çevrilir"

20:59 15-03-2018 | icon 553 | Siyasət
"Azərbaycan 4 ölkə arasında birləşdirici qüvvəyə çevrilir"

"Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Mixeil Canelidze bu gün Bakıda toplaşdılar və bu dörd nazirin iştirakı ilə keçirilən görüşün nəticəsi olaraq indiyə qədər region ölkələri arasında mövcud olan ikitərəfli və üçtərəfli formatda əməkdaşlıqlar tamamlanaraq, dördtərəfli əsasda yeni siyasi-iqtisadi əməkdaşlıq formatı təsis olundu və yekun olaraq Bakı Bəyannaməsi qəbul edildi. Azərbaycan region ölkələri arasında aparıcı və birləşdirici qüvvəyə çevrilir. Bu rəsmi Bakının uğuru sayıla bilər. Paytaxtımızda keçirilən dördlük sammiti ilk növbədə bu ölkələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirəcək. İqtisadi əməkdaşlıq dördlüyə daxil olan ölkələrin hər biri üçün indi hava və su qədər vacibdir".

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
Digər bir məqam kimi bu gün Bakı sammitində əsası qoyulan dördlük formatının həyata keçirəcəyi böyük layihələrin yaxın gələcəkdə Ermənistanın iqtisadi izolyasiyasını bir qədər də artıracağını önə çəkən Əlisahib Hüseynov Ermənistanla İran arasında nəqliyyat və digər sahələrdə yeni planlar hazırlandığını vurğulayıb:

"Lakin Azərbaycanın çevik siyasət yürütməsi və olduqca böyük regional nəqliyyat-enerji lahiyələrini reallaşdırması sonda İranın Ermənistanı deyil, Azərbaycanı iqtisadi tərəfdaş kimi seçməsinə gətirib çıxardı. Məhz bu seçimin sayəsində İran tezliklə öz nəqliyyat yüklərinin, eksport məhsullarının Şimal-Cənub nəqliyyat dəhlizi üzərindən Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Avropaya daşınmasına nail olacaq. Yeri gəlmişkən, İranın dördtərəfli formatın əsas iştirakçılarından birinə çevrilməsi onun Azərbaycana qarşı siyasi baxışlarında da pozitiv dəyişikliklərin baş verməsinə səbəb olacaq, eləcə də bir qonşu dövlət kimi hər iki ölkə arasında münasibətlərdə mənəvi-psixoloji aspektdən də müsbət irəlləyişlərə imkanlar açacaq".

Partiya sədrinin fikrincə, ümumiyyətlə, rəsmi Tehran Ermənistana qarşı ənənəvi himayəçilik baxışlarından əl çəkib, Azərbaycan, Türkiyə və Gürcüstanla regional əməkdaşlıqda səmimi olsa, bu, ilk növbədə İranın özü üçün, bütövlükdə isə regionumuz üçün çox faydalı olardı:

"Bakıda keçirilən dördlük formatının bu ilk görüşü Azərbaycanın siyasi-iqtisadi imkanlarını genişlənməsi üçün əlavə stimul olacaq. Ermənistanın regional iqtisadi layihələrdən uzaq tutulması isə sonda bu ölkənin siyasi cəhətdən də tamamilə təcrid olunmasına gətirib çıxara bilər və Azərbaycan da məhz buna nail olmağa çalışmalıdır".

Ə.Hüseynovun sözlərinə görə, iqtisadi və siyasi cəhətdən tam təcrid halına düşən təcavüzkar Ermənistan istər-istəməz öz hərbi ambisiyalarından da əl çəkməyə məcbur olacaq və real sülh danışıqlarına başlamağa razılıq verəcək.

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”