Versus.Az xəbər verir ki, hazırda Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin müxtəlif ali təhsil müəssisələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyət göstərir.

Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə 2019-cu il 31 may tarixindən etibarən Azərbaycan Kooperasiya Universitetində fəaliyyətə başlayıb. Beləki, Mərkəz abituriyentlərin və valideynlərin istənilən suallarını cavablandırmağa tam hazırdır. Xüsusilə, Nərimanov rayonunda yaşayan abituriyentlər (əraziyə yaxınlığına görə) üçün Mərkəzə müraciət etmək daha əlverişlidir.

Məlum olduğu kimi 30 may – 10 iyun tarixlərində yay qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron ərizə qəbulu aparılacaq. Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:/azedu.az/

Ətraflı: http://dim.gov.az/news/3617/
Əlaqə : 012 561 50 48; 0777444773

 

Versus.Az