Qənirə Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qurumunun Fəxri Üzvü seçilib

00:10 16-03-2018 | icon 698 | Cəmiyyət
Qənirə Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qurumunun Fəxri Üzvü seçilib

“Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür”

Ərzurumda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevaya Türkiyə Dil və Ədəbiyyat Qurumunun Fəxri Üzvlüyü təqdim olunub.

Versus.az-ın məlumatına görə, Türkiyə Dil və Ədəbiyyat Qurumunun Ərzurum bölüm başqanı Murat Ertaş millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi, türk dünyasının birliyi istiqamətində fəaliyyətindən danışıb, onun Türk dili və ortaq ədəbiyyatımızla bağlı məsələlərə hər zaman fəal dəstək verdiyini xüsusi vurğulayıb və təkilatın qərarı ilə Fəxri Üzv adına layiq gördüklərini deyib.

Bu etimad üçün təşkilat rəhbərliyinə və bütün ziyalılara təşəkkürünü bildirən Qənirə Paşayeva bu etimadı doğrultmaq üçün bundan sonra da hər zaman fəal çalışacağını deyib.


Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qurumunun Ərzurum şöbəsinin rəhbəri Murat Ertaş, təşkilatın üzvləri və Ərzurum aydınları ilə də görüşüb. Görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin Ərzurumda  daha da artmasının vacibliyi ilə bağlı müzakirələr olub. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən ədəbiyyat sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub. Millət vəkili onlara Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Q.Paşayeva Türkiyə Dil və Ədəbiyyat Qrumunun  rəhbərliyinə və üzvlərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib. Q.Paşayeva həmçinin Ərzurumda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Q.Paşayeva Ərzurumda Şəhid ailələri və Qazilərlə görüşüb. “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”- deyən millət vəkili bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən Q.Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili onları Azərbaycana dəvət edib.

Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə isə “biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin” deyiblər. Q.Paşayeva Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayıb:

“O zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz və qazilərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək. Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”.

Görüşün sonunda Q.Paşayeva Ərzurum Şəhid ailələri və Qazilərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı