“AMEA-da yalnız bu alimlərə ev veriləcək” - İttihamlara cavab

01:11 04-06-2019 | icon 405 | Təhsil
“AMEA-da yalnız bu alimlərə ev veriləcək” - İttihamlara cavab

Sosial media və xəbər portallarında AMEA-nın alimlər üçün tikdiyi bina ilə bağlı yazılar səngimək bilmir.

Bir qrup alimin verdiyi və  mətbuatda da yer alan məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilib. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyiblər.

Alimlər bununla bağlı bir çox dövlət qurumlarında dəfələrlə qəbullarda olsalar da, heç bir nəticə əldə edə bilməyiblər

Alimlər qeyd ediblər ki, dəfələrlə AMEA-nın inzibati binasının qarşısında toplaşaraq rəhbərlik tərəfindən qəbul edilmələrini tələb etsələr də, istəklərinəçatmayıblar:

Versus.Az AzEdu.az-a istinadla bildirir ki, AMEA-nın Mətbuat və İnformasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva açıqlamasında mətbuatda yazılanların əksinə olaraq, ev verilməsi prosesinin şəffaf şəkildə həyata keçirildiyini qeyd edib:

“AMEA-nın ev verdiyi şəxslər yalnız Akademiyanın yataqxanasında yaşayan, elmi dərəcəsi olan insanlardırlar.

Bu şikayətləri edən şəxslərin isə başqa yerdə mənzilləri var.  Onlar alimlərə ev veriləcəyini öyrənən zaman mənzillərini ya başqa şəxslərin adına keçirib, ya da  satıblar. Bu yolla da onlar öz izlərini itirmək istəyiblər.Əmlak Komitəsi və onun nəzdindəki  Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən araşdırılıb ki, həmin şəxslərin –yəni, AMEA-nınyeni tikilən binasında evlə təmin olunmaq istəyən alimlərin - adına şəxsi ev var.Buna görə də onlar məlum binada evlə təmin olunmayacaqlar.

Akademiya yalnız evi olmayan alimlərin evlə təmin olunması məsələsini qaldırıb və bu istiqamətdə tədbirlər həyata keçirib.Təkrar edirəm, yalnız buranın yataqxanasında yaşayan alimlər AMEA tərəfindənmənzillə təmin olunacaqlar.

Aralarında hətta kirayədə yaşayan alimlər var ki, sonradan araşdırma aparılan zaman adlarına mənzil olduğu aşkarlanıb.

Akademiya nəyə görə şəxsi  mənzili olan  alimləri evlə təmin etməlidir?!  Ona görə də mətbuatda yazılaniddialar düzgün deyil.

Haradasa mənzil verilirsə, orada  insanlar müxtəlif məsələlərə əl atıb, ona sahib olmağa çalışacaqlar.Məsələn, evlərini başqalarının adına keçirəcəklər ki, adlarında şəxsi əmlak olmasın və onlara da ev verilsin.

Mətbuatda yazılan məqalələrdə qeyd olunan 54, 58 nömrəli mənzillər də artıq alimlərin ixtiyarına verilib.Bu şəxslər də təbii ki, AMEA-nın yataqxanasında yaşayan və onun ərazisində məskunlaşan insanlardır.

Bu söz-söhbətlərə birdəfəlik son qoyulmalıdı!Sosial mediada bu məsələlər qaldırılır.Bəzi şəxslər ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar.Cəmiyyəti aldatmaq düzgün deyil. Bu AMEA-nın strukturuna atılan böhtandan və şərdən başqa bir şey deyil”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı