“Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” - AKSİYAYA DƏSTƏK

14:18 04-06-2019 | icon 484 | Cəmiyyət
“Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” - AKSİYAYA DƏSTƏK

Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə başlanan “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına dəstək məqsədilə tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə universitetin rektoru Ədalət Muradov, təhsil müəssisəsinin rəhbər işçiləri, Xalq şairi Vahid Əziz, Xalq artisti Niyaməddin Musayev və Əməkdar artist Nizami Abdullayev, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Bəkir Osmanov və kursantlar iştirak edib.

 

Əvvəlcə aksiya çərçivəsində hərbi hissələrə səfərlərlə bağlı hazırlanan video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, o cümlədən hərbi vətənpərvərlik hissinin daha da yüksəlməsində bu layihənin əhəmiyyətindən danışıb.

 

Bildirib ki, bu gün Ali Baş Komandan İlham Əliyevin orduya xüsusi diqqət və qayğısı göz qabağındadır. Cənab Prezidentin qayğısı nəticəsində hərbi hissələrinin 80 faizdən artığı əsaslı təmir olunub və yenidən qurulub:

"Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Şəxsi heyət arasında mənəvi-psixoloji hazırlıq gün-gündən artır, hərbi vətənpərvərlik ruhu yüksəlir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini bir daha dünyaya sübut etdi. Azərbaycan Ordusu bir daha sübut etdi ki, biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə hər zaman hazırıq".

 

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Bəkir Osmanov aksiyanın orduda hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə böyük dəstək olduğunu bildirib. B.Osmanov 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun xüsusi rəşadət göstərdiyini, qısa müddət ərzində erməni silahlı birləşmələrinin "keçilməzlik" mifinin məhv etdiyini qeyd edib.

 

Xalq artist Niyaməddin Musayev aksiya iştirakçılarına minnətdarlığını bildirib, bu cür aksiyaların mütəmadi keçirilməsinin orduda döyüş ruhunun daha da yüksələcəyinə əminliyini vurğulayıb.

 

Müdafiə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin rəisi, general-mayor Rasim Əliyev deyib ki, bu kimi vətənpərvərlik tədbirləri şəxsi heyətin mənəvi tərbiyəsində mühüm rol oynayır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol