Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının bayram təbriki

09:37 05-06-2019 | icon 531 | Sağlamlıq
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının bayram təbriki

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının rəhbərliyi Azərbaycan xalqını, dünya müsəlmanlarını mübarək Ramazan bayramı münasibətilə təbrik edib.

 

Versus.Azın məlumatına görə, təbrikdə deyilir:

 

"Əziz həmvətənlər!


Dünya müsəlmanlarının əziz günü - MÜBARƏK RAMAZAN BAYRAMI münasibətilə Sizi təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.


Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır.

Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir.

 

Bu əziz gündə Uca Allaha dualar edir, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda çalışan dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasını, qaçqınlarımız və köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını, arzulayırıq.


Ölkəmizin, Bakımızın daha da çiçəklənməsini, inkişafını arzulayırıq.

Sağlamlığınızın qeydinə qalırıq, yetər ki, sağalmaq istəyin.


BAYRAMINIZ MÜBARƏK!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür