Bu, insanın "ali varlıq" olması iddialarını puç edir

15:47 05-06-2019 | icon 1128 | Köşə
Bu, insanın "ali varlıq" olması iddialarını puç edir

Ruh konsepsiyası dinlərin son səngəridi

 

ELÇİN ALIOĞLU

 

İnsanın cism və ruhdan ibarət olması ilə bağlı yüzlərlə, minlərlə nəzəriyyə, etiqad var ki, onların arasında dinlər də yer alıb.

 

Amma ruhla bağlı ən mükəmməl, təfsilatlı konsepsiya Qədim Misirdə idi. Misir kahinləri sidq-ürəkdən inanırdılar ki, ruh 9 hissədən ibarətdir.

 

Ka. Həyati məzmun, xasiyyət özəllikləri və ya tale. Ka ölümdən sonra bədəni tərk edir, dolaşır və geri qayıdır.

Ba. Vicdan. Ölümdən sonra adamın Bası yerli müqəddəs heyvanlardan birinə keçirdi. "Ölülər" kitabında Ba gah qırğı, gah qaz, gah qu quşu, gah da çəyirtkə kimi təsvir olunurdu.

Ah. O biri dünyada yaşayan təmiz, munis, ənamlardan payını almış saf ruh.

Hat. İnsanın fani qılafı, Ka və Ahın yerləşdiyi məkan.

İb. Ürək. Ölümdən sonra insanın duracağı Osiris divanında ürək Həqiqət mizanına qoyulacaq. Ki, insanın nə qədər mömin yaşadığı ölçülsün.

Sah. Mumiyalaşdırılmadan sonra ölünün muqəddəs qalıqları, ruhi cəsəd. Mumiyalanmadan sonra cəsədi matəm mərasimlərindən sonra cismdən qurtulan ruhun timsalı da sayırdılar. "Ölülər kitabı"nda Sahı böyük Hatın içindən doğan suçiçəyi kimi göstərirdilər.

Sehem. İnsan mahiyyətinin əbədiyyət ərəfəsindəki yşaam gücüdür. Ba və Kadan fərqli olaraq tanrıların lütfü də sayılırdı.

Şuit. İnsanın xüsusi, əlahiddə, təkrarsız kölgəsi. Kölgə bəzən insandan ayrılır, təkbaşına yaşayırdı.

Ren. İnsanın adı. Qədim Misir adamları ada ööyük önəəm verirdilər. Adın məhvi lənətə bərabər tutulurdudu. Adsız adam tanrıların məhkəməsində dura bilməzdi, tanrıların gücü qarşısında tam zəif idi. Bu səbəbdən vəfat etmiş valideynlərinin adlarını daşlara yazıb məzara dik qoyan övladlar onları "qorumaq" istəyirdilər.

 

Bayram günlərində ata və ya ananın məzarına məhz oğul baş çəkməli, məzarı təmizləməli, səliləqli vəziyyətə salmalı idi.

 

... Bütün dinlərin təkamül nəzəriyyəsinə nifrət etməsinin əsas səbəbi bu nəzəriyyətin "ruh konsepsiyası"nı darmadağın etməsidir.

 

Halbuki insanlarla primatlar arasındakı fərqlər keyfiyyət yox, kəmiyyətlə bağlıdır.

Primatlarda şüur, hisslər, dil, emosiyalar, empatiya, şəfqət, altruizm və s. də var. Bu isə insanın "ali varlıq" olması iddialarını puç edir.

Ruh konsepsiyası dinlərin son səngəridi.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI