"Əgər sən əski parçasısansa, nə fərqi var kimin əlindəsən"

13:05 16-03-2018 | icon 705 | Geopolitika
"Əgər sən əski parçasısansa, nə fərqi var kimin əlindəsən"

Erməni ekspert erməni icmasının mövcudluğunu sual altına qoyub

 

“Mənə görə, əsas təhlükə ondan ibarətdir ki, millətim kölələşdirilir, pulun girovuna çevrilir. Bu gün dükançılar ölkənin sahiblərinə çevriliblər və onlar üçün cəmiyyət anlayışı ümumiyyətlə yoxdur. Bu insanlar ancaq şəxsi məsələlərin həlli ilə məşğuldurlar”.

 

 Versus.az APA-ya istinadən xəbər verir ki, bunu Moskvada yaşayan müstəqil erməni ekspert Arbak Xaçatryan Ermənistanın “1in.am” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı olmayan, dövlət institutlarının fəaliyyət göstərmədiyi, qeyri-legitim addımların atıldığı ölkədir:

 

“Əgər indi həmin şəxslər yanaşmalarını dəyişərək ABŞ, İngiltərə yaxud Avropaya tərəf çevrilsələr, bunun heç bir əhəmiyyəti olmayacaq. Sənin kimə satılmağın önəmli deyil, satqın adam həmişə satqın olaraq qalacaq. Bütövlükdə bu sistem bu gün talançılıqla məşğuldur. Bugünkü talançılar üçün əsas vəzifə öz əmlakını qorumaqdır. Mən onların heç bir sözünə inanmıram. Çünki onların yaşam tərzi televiziyadakı çıxışlarına ziddir”.

 

Erməni diasporunun Rusiyada keçiriləcək prezident seçkilərində kimə səs verəcəyinə gəldikdə isə A.Xaçatryan ümumiyyətlə erməni icmasının mövcudluğunu sual altına qoyaraq Ermənistanda ailələri qoyub Rusiyaya işləməyə gedən ermənilərin hansısa ideoloji qərar vermək qabiliyyətinə şübhə ilə ilə yanaşdığını bildirib:

 

“Öncə Rusiyada hakimiyyət dəyişməlidir, bundan sonra Ermənistanda da dəyişiklikləri gözləmək mümkün olacaq” fikri ilə razılaşmayan A. Xaçatryan bunu deyib: “Əgər səndən əski parçası düzəldirlərsə, bu halda Rusiyada hakimiyyətdə kimin olmasının nə önəmi var? Əgər sən əski parçasısansa, nə fərqi var kimin əlindəsən – Avropa, Amerika yaxud da digərinin? Səninlə sivil ölkələr daha sərt danışırlar, nəinki rejimin güclü olduğu ölkələr”.

 

A. Xaçatryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb:

“Ermənistanı idarə edən alçaqlar ticarət mərkəzləri açırlar, şantajla pul qazanırlar. Təsadüfi deyil ki, Rusiya regionda daha güclü mövqelərə malik güclü tərəfdaş tapıb və onunla işbirliyinə başlayıb. Nəyə görə Levon Ter-Petrosyanın vaxtında Ermənistanla hesablaşırdılar? Gürcüstanla Azərbaycan kənarda idarə olunmağa imkan verməmək üçün razılığa gəlməli idilər. Axı regionda həmişə güclü ilə münasibətlər qururlar. Ermənistan hakimiyyəti isə özünün iki qəpiyini daha üstün tutur, qeyri-legitimdir və s.”

 

Ramin Bağırzadə

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin