BMT-də Qarabağla bağlı mühüm sənəd yayıldı

12:11 06-06-2019 | icon 430 | Qarabağ
BMT-də Qarabağla bağlı mühüm sənəd yayıldı

“Azərkosmos” ASC-nin və Azərbaycan XİN-in “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsi Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb və BMT-nin saytında yerləşdirilib.

 

Versus.Az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinə, Baş Assambleyanın sədrinə və Təhlükəsizlik Şurasının sədrinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən hərbi işğalının təfərrüatlarını, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozmasına münasibətdə beynəlxalq birliyin mövqeyini əks etdirən, həmçinin “Azərkosmos” ASC-nin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsini BMT-yə üzv dövlətlərin diqqətinə çatdıran məktub ünvanlayıb.

 

Yaşar Əliyevin birgə məruzəyə, BMT TŞ-nin qətnamələrinə və ATƏT-in Azərbaycanın işğal edilmiş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyasının hesabatlarına istinadların daxil edildiyi məktubu Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilib (https://undocs.org/A/73/881).

 

Y.Əliyev BMT-nin struktur rəhbərlərinə müraciətində yazır ki, yuxarıda xatırladılan məruzədə Ermənistanın işğal etdiyi Azərbaycan Respublikası ərazilərində dayandırılmayan fəaliyyətindən, azərbaycanlıların çıxarıldıqları ərazilərdə mühacirlərin yerləşdirilməsi; təbii, kənd təsərrüfatı və su ehtiyatlarının talanması və istismarı, infrastrukturun dəyişdirilməsi, tarixi və mədəni irs abidələrinin dağıdılması və təhqir edilməsi haqqında təkzibedilməz sübutlar göstərilir.

 

Qeyd olunur ki, Ermənistanın bu qeyri-qanuni fəaliyyəti beynəlxalq hüquq normalarına əsasən qadağan edilməsinə, beynəlxalq birlik tərəfindən bundan əvvəlki xəbərdarlıqlara, tələblərə və qınaqlara baxmayaraq, sülh prosesi pərdəsi altında həyata keçirilir.

 

Azərbaycanlı diplomat qeyd edir ki, Təhlükəsizlik Şurası öz qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsini pisləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin ələ keçirilməsi üçün güc tətbiq edilməsinin yolverilməz olduğunu təsdiqləyib.

 

Ermənistanın ərazi iddialarına və güc tətbiq etməklə bağlı hərəkətlərinə cavab olaraq, TŞ Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını bir daha təsdiqləyib və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Məktubda deyilir ki, digər beynəlxalq təşkilatlar da analoji mövqeni tutublar.

 

Beynəlxalq birlik azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnu dəfələrlə təsdiqləyib. Bu hüququn erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxarılması ilə bir sırada həyata keçirilməsi münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq danışıqlar yolu ilə nizamlanmasının əsas elementi və mütləq şərtidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin