Jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq

13:59 07-06-2019 | icon 483 | Hadisə
Jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq

Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistin vəkili Teyyub Şərifov məlumat verib.

 

Vəkilin sözlərinə görə, artıq F.Abbasovun öz hesabına təyyarəyə bilet alınıb və jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq.

 

Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

 

Dünən onun ölkədən deportasiya edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsi deportasiya barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Rusiyadan deportasiya həftədə iki dəfə - ikinci və beşinci günlər icra olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı