"O yerlərdə kimim qalıb?!" ŞƏHİD HARAYI

16:17 07-06-2019 | icon 2637 | Şəhidlər və şahidlər
"O yerlərdə kimim qalıb?!" ŞƏHİD HARAYI

ƏSİR YURDUN QƏBİRLƏRİ

 

İGİD TEYMURLU

 

Tanrının qismətiydi, ya da döyüş yoldaşlarının Əlövsətə bəxş etdikləri Tanrı Payı idi o məzar yeri... İtirilmiş yurd yerlərimiz uğrunda döyüşə atılanda Əlövsət də öz döyüş yoldaşları kimi bu yoldan dönməyəcəyinə and içmişdi. O da döyüş yoldaşları kimi

 

Nə gözəldir ölmək bizə sevgili Vətən üçün
Yanar ürək yurd eşqiylə daima için-için...

 

nərəsi ilə Laçının sal qayalarını titrətmiş, bu yerləri işğal edən erməni birləşmələrinə "qayıtdı bu yurdun sahibi!" mesajını vermişdi...

 


Əlövsət dediyini etdi də! Həm iştirak etdiyi hərbi əməliyyatlarla, həm də ölümsüzlüyə qovuşduğu Şəhidliyi ilə... Laçının azadlığı uğrunda mübarizə aparırdı Əlövsət, sonucda Laçın torpağı Əlövsətin cansız cismi ölçüsündə böyüdü...

 

Taleyin acı ironiyasına bax ki, bu gün Əlövsət hələ də Vağazin kəndində bir mücadilə yapmadadır. 
Qarabağ müharibəsi tarixində belə hallar az olub - torpağı azad edəsən, sonra özün də o TORPAQDA basdırılasan və nə qədər ağrıdıcı olsa belə, qəbrin də erməni əsirliyində qala!!!

 


Bəli, 701 saylı briqadanın tərkibində olan 713 saylı hərbi hissənin döyüşçüsü Sarıyev Əlövsət Həmid oğlunun taleyinə yazılıbmış belə kəşməkeşli ömür!!!


Əlövsət 07.07.1967-ci ildə Azərbaycan Respublikasının Laçın rayonunun Vağazin kəndində anadan olub. Şəhid qardaşımızın tərcümeyi-halından bəlli olur ki, Əlövsət 01.09.1974-cü ildə Laçın rayonunun Vağazin kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 1984-cü ildə həmin məktəbin 10 -cu sinfini bitirib. Məktəbi bitirəndən sonra Əlövsət bir il istehsalatda çalışıb.


İstər məktəbli dostları olsun, istərsə də istehsalatda işlədiyi iş yoldaşları onun haqqında hər zaman müsbət fikirdə olduqlarını bildirirlər - "əlövsət çox mehriban, xoşxasiyyət, sakit təbiətli, dostluqda möhkəm, iradəli, vətənpərvər bir oğlan idi".


Onu da qeyd edək ki, Əlövsətin atası Sarıyev Həmid Müseyib oğlu və anası Sarıyeva Bacixanim Məcid qızı 3 bacı və 3 qardaş olmaqla VƏTƏNƏ layiqli övlad olan 6 uşaq tərbiyə ediblər. Yaxınlarının bildirdiklərinə gör Əlövsət orta təhsilli olsa da, ancaq erməni qəsbkarlarının tarixən satqın, riyakar xislətlərinə çox gözəl bələd idi.

 


1985-ci ildə sovet ordu sıralarına hərbi xidmətə çağırılmış, 2 il müddətində sovetlər birliyinin Tombov vilayətində xidmət etmişdir. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal ediləndən sonra Əlövsət 1992-ci ilin may ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, igid komandiri Vaqif Quliyev, əsgər yoldaşları Səməd Aydınoğlu, Ramiz Rəhimoğlu, Müzəffər Əfqanoğlu və digər yoldaşları ilə doğma yurd- yuvası olan Laçın rayonunun müdafiəsində, eyni zamanda Susuzdağ, Hoçazdağ, Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişdir.

 

Təəssüflər olsun ki, belə qəhrəmanlarımızın keçdikləri döyüş yolu örnək olaraq sabahımıza SAHİB çıxacaq gəncliyə aşılanmır. "Xalqın xidmətçisi" olan məmur təbəqəsi hələ də anlamaq istəmirlər ki, Şəhidlərimizə, əlillərimizə, keçmiş döyüşçülərimizə olan münasibət və qayğı birbaşa dövlətçiliyimizə olan yanaşmanın görüntüsüdür.

Məhz bu baxımdan ümid edirik ki, Laçın rayon icra hakimiyyətinin başçısı da bu müqəddəs yükün çəkilməsində öz boynuna düşən vəzifəni layiqincə yerinə yetirəcək. 


Hoçaz dağında gedən qeyri-bərabər döyüşdə 06.10.1992-ci ildə qəhrəmancasına Şəhid olmuş və döyüş yoldaşları tərəfindən öz doğma yurdu olan Laçın rayonu, Vağazin kənd qəbiristanlığında dəfn edilən SARIYEV ƏLÖVSƏT HƏMİD OĞLUnun adı nəhayət ki, əbədiləşdiriləcəkdir. Ən azından adıçəkilən icra strukturu bununla dövlətin öz vətəndaşına, dövlətin öz Şəhidinə necə sahib çıxma formatını ortaya qoymuş olur. 
İnanırıq ki, Əlövsət qardaşımız Vətənə sahib çıxdığı kimi, aidiyyatı strukturlar da bununla bağlı gərəkən addımları atacaqlar...


Məkanın Cənnət olsun, Şəhid qardaşımız Əlövsət! Yetər ki, bu nigaranlığa son qoyulsun və Sən Şəhid qardaşımız Bizi qınaya-qınaya - "daha o yerlərdə kimim qalmayıb!" deməyəsən. Və yetər ki, bizlər də Şəhid Baxışlarının Diktəsincə düşünək, Şəhid Baxışlarının İstəyincə addım ataq...

Hələlik Sənin adının əbədiləşdirilməsi üçün aidiyyatı strukturlar qoy Bakı şəhəri Xətai rayonu 823 keçid Bakı Dənizçilik məktəbinin yataqxanası mənzil 109-a baş çəksinlər, biz isə inşəAllah çox yaxın bir zamanda Səninlə "dağlarda görüşərik - qisasçılar ORDUSU olaraq torpaqlarımızı azad edib qiyaməti gözləmərik...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı