Niyə məhz indi?

15:47 16-03-2018 | icon 914 | Köşə
Niyə məhz indi?

Cavab ortadadır...

TƏBİƏT KAMİL

Xeyli vaxtdır bir çox saytlar deputat Fazil Mustafanın Azərbaycanda 1200 məktəblinin qeyri-qanuni şəkildə abort etdirməsi fikrini müzakirə  edir. Hətta bizim başbilən Fazil bəy də məktəblərdə oğlan və qızların siniflərinin ayrılması fikrini irəli sürüb...

Fazil bəyə demək istərdim ki, Azərbaycan onsuz da illər öncədən selectiv abortların sayına görə dünyada üçüncü yerdə idi. Bəs o illərdə bu mövzunu niyə qabartmırdınız? Niyə qız uşaqlarının abort olunmasına qarşı çıxmırdınız? Niyə bu mövzu məhz indi atılıb ortalığa? Bilirsiz niyə məhz indi mözvzu olaraq qabardılıb? Cavab ortadadır - insanların başını qatmaq üçün! Zatən Azərbaycan xalqı nə olmasa belə, söhbətləşməyi, müzakirə etməyi sevir. Heç vaxt bizim üçün qlobal problemlər mövzu obyekti olmayıb... Aha, 11 Aprel prezident seçkiləri gəlir. Millətin narazı görüntüsü, müxalifətin bir qrupunun mitinqlər sərgiləməsi və sair... Bunlarla yanaşı xaricdə yaşayan mühacirlər də əl çəkmir yaxamızdan, gündə bir səfirliyin qarşısında aksiya keçirirlər. Onları da Azərbaycan xalqı dəstəkləyirmiş kimi... Nə qədər əl atsaq da, tuta bilmirik. Çünki artıq Azərbaycan vətəndaşı deyillər...

Nə edək? Başqa vaxt heç bir məlumat verməyən, indi isə "tam dəqiq" məlumat verən Statistika Komitəsinin məlumatını paylaşaq, millət sakitcə oturub, yenə bir-birini qınasın, baltalasın...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi