İctimai Televiziya və Radio Yayımları Şirkəti etiraz edir

13:26 15-11-2017 | icon 740 | Gündəm
İctimai Televiziya və Radio Yayımları Şirkəti etiraz edir

İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım Birliyinin baş direktoru Noel Kerrana məktub ünvanlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən Versus.Az-a verilən məlumata görə, məktubda qeyd edilib ki, Ermənistan təmsilçisi Mişa Qriqoryanın Gürcüstanda keçiriləcək “Uşaq Avrovizya-2017” mahnı müsabiqəsində siyasi təxribata yol verəcəyi haqqında əldə olunan məlumatlar torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanda böyük narahatlıq doğurub.

İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edir ki, Mişa Qriqoryanın Xankəndi əsilli olmasını bəhanə edərək, qondarma “DQR”-ə məxsus bayrağı nümayiş etdirməsi və “Artsaxın səsi” adı altında musiqi qrupunun üzvü olduğunu vurğulaması yolverilməzdir:

“İnanmaq istəyirik ki, siyasi oyunlardan uzaq olduğunu dəfələrlə və israrla bəyan edən Avropa Yayım Birliyi bu həssas məsələdə Azərbaycanın mövqeyini anlayışla qarşılayacaq, siyasi təxribatın qarşısını qətiyyətlə alacaq, bütün Avropanın nəzərlərinin dikildiyi səhnədə uşaqların separatizmin qurbanına və siyasi oyunbazların alətinə çevrilməsinə imkan verməyəcək. Hesab edirik ki, “Uşaq Avrovizya-2017” mahnı müsabiqəsi musiqi meydanıdır və bu möhtəşəm tədbir bütün dünyadakı uşaqlara sevinc gətirməli, xoş anlar bəxş etməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin