“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

14:27 10-06-2019 | icon 939 | Dünya
“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Riyaz Sarıkahya: “Taxıl yandırmaq ən böyük cinayətdir, bir milləti aç qoymaq anlamına gəlir”

 

 

Bir neçə həftədir İraqın türkmənlər yaşayan bölgələrində buğda və arpa tarlaları yandırılır. Çox bərəkətli olan Kərkük, Diyale, Mosul da yanğınlar geniş miqyasda baş verir.

 

Versus.Az-ın məlumatın görə, bununla bağlı İraq Türkməneli Partiyasının lideri Riyaz Sarıkahya bəyanat yayıb. Bəyanatda Türkmənelinin üzərindən qara buludların əskik olmadıgını təəssüflə bildirən Riyaz Sarıkayha vurğulayıb ki, iki-üç həftədir türkmən torpalarında əkilən taxıl sahələri yandırılır:

 

“Bəlkə deyə bilərik ki, bu yanğınların yüzdə beşi, yüzdə onu qəza ilə baş verir. Amma böyük əksəriyyəti – yüzdə onu şüurlu şəkildə yandırılır və bu, artıq təsdiqini tapıb. Yandırılan tarlalarda xüsusi alətlər, aparatlar aşkar edilib. Taxıl yandırmaq ən böyük cinayətdir, bir milləti aç qoymaq anlamına gəlir. Bunun İraq xalqına iqtisadi baxımdan nə qədər zərəri varsa, türkmən bölgələri üçün siyasi yönü də var. Türkmənlərin torpaqla bağlılığını kəsmək, özəlliklə yanğın baş verdiyi yerlər türkmənlərin sıx yaşadığı bölgələrdir”.

 

Türkmən lider əlavə edib ki, insanlarımız İŞİD (DAEŞ) hüçumlarından, işğaldan sonra bir-iki ildir rahat nəfəs almağa, yenidən öz torpaqlarına qayıtmağa, yavaş-yavaş yerləşməyə başlayıblar:

 

“Bu insanlar sözün əsl mənasında böyük sıxıntılar çəkdilər, yoruldular. Çünki vaxtilə İŞİD tərəfindən işğal edilən, boşalan kəndlərimizdə yenidən əkin əkmək, taxıl beçərmək, torpağı yararlı hala gətirmək bir ildə heç də asan deyil. İllərdir yurdlarından didərgin düşən soydaşlarımız böyük ümid içərisində idilər ki, illər sonra öz torpaqlarından məhsul alacaqlar, çəkdikləri əziyyətin nəticəsini görəcəklər. ALLAH bu il torpaqlarımıza bol yagmur da nəsib etdi. Türkmənlərin üzündə, qəlbundə bəhrəsini görəcəkləri bir sevinc vardı. Ancaq son üç həftədə taxıl sahələrinin yandırılması, külə dönməsi millətimizi çarəsiz, üzgün duruma salıb”.

 

İraq Türkməneli Partiyasının lideri Riyaz Sarıkahya türkmən mediyasına, televiziyasına da səslənib:

 

“Yanğın baş verən bölgələrə getmək, yanmış, külə dönmüş taxıl sahələrini görüntüləmək gərəkdir, vacibdir. Oradakı yerlərdə suçu, cinayəti törədən alətlər də var və artıq təsbit olunub. Siz bunları çəkib görüntüləsəniz ən azından baş verən çinayəti İraqa, İraq dövlətinə, bölgə ölkələrinə, dünyaya çatdırma şansımız olar”.

 

Türkməneli Partiyasının başkanı türkmən siyasətçilərinə, vəkillərinə, məclis üzvlərinə çağırış edərək bildirib ki, kəndlərdə yaşayan insanlarımız heç vaxt  sizdən heç nə istəməyiblər, illərdir ki, o yerlərə getmirsiniz

 

“Amma belə bir vaxtda onların yanında olmanız çox vacibdir. Bəzən müxtəlif bəhanələr gətiririk, burada yox idim, xəstə, izn də idim və s. Bu dönəmdə isə hər bir məclis üzvü orada olmaq, getmək  məcburiyyətindədir, bu bizim millətimiz qarşısındakı borçumuzdur. Orada bir mobil telefon qoysun, neçə ki, mən indi qoymuşam, dünyay çagırış etsin. Mosulda bizim beşə yaxın məclis üzvümüz, doqquz vəkilimiz var. Bu on arkadaşımızın bir neçə nəfərinin daima iş yerində olması vacibdir. İş bölgüsünə riayət etməlidirlər, bu Tuz, Kərkük üçün də keçərlidir”.

 

Türkman lider bildirib ki, kəndlərdə yaşayan əkin-biçinlə, heyvandarlıqla məşgul olan, kənd təsərrüfatı sahəsində çalışan qardaşlarımızı tək qoymamalıyıq. Onlar bizi yerə, torpaqlarımıza baglayan zəhmətkeş qardaşlarımızdı. Bir toplumda əkinlə, heyvandarlıqla məşgul olan insanlar olmazsa, həmin toplumun qida təhlükəsizliyi, gələcək güvənliyi də təhlükə altında qala bilər, köçmənə çevrilə bilər:

 

“Biz bu duruma heç çür səssiz, seyriçi qala bilmərik. Buna haqqımız yoxdur. Dünyanın ayrı-ayrı ölkələrində yaşayan bütün türkmənlərə, türkmən təşkilatlarına, əli qələm tutan vicdanlı insanlarımıza səslənirəm, seyriçi qalmayın, baş verənləri çatdırın, yazın, söyləyin. Bu həm də türkmənlərin yaşadıgı mövcud durumdur, yazın, görüntüləyin, çatdırın ki, istər sabahkı, istərsə də gələcək nəslin əlində bu tarixə istinad edəcək faktlar olsun”.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı