"Biz onları torpaqlarımızı işğal etdiyinə peşman etməliyik"

21:08 10-06-2019 | icon 539 | Geopolitika
"Biz onları torpaqlarımızı işğal etdiyinə peşman etməliyik"

Ermənistan Müdafiə naziri David Tonoyanın Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı göstəriş verməsi və İrəvanın bunu etiraf etməsi onların işğalçılıq siyasətini bir daha gözlər önünə sərir.

 

Versus.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Ermənistan tərəfinin Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlunu şəhid etməsi və bunun həmin ölkənin müdafiə nazirinin göstərişi olması barədə Axar.az-a danışarkən deyib.

 

O bildirib ki, belə təxribatlar cavabsız qalmamalı və düşmənə ağır şəkildə cavab verilməlidir:

“Ermənistan tərəfi onsuz da atəşkəs rejiminə əməl etmir. Buna görə də Azərbaycan tərəfi düşmənə daha çox zərbə endirməlidir. Biz onları torpaqlarımızı işğal etdiyinə peşman etməliyik. Müharibə gedir və müharibənin də öz qayda-qanunları var. Biz də müharibəni qaydalarına uyğun şəkildə aparmalıyıq. Düşmənin təxribatlarına lazımi cavabı vermədikcə belə hallar hələ tez-tez yaşanacaq. Çünki düşmən tərəfi öz xain əməllərinə sadiq qalıb və hər zaman belə təxribatlara əl atacaq. Buna görə də biz şəhid olan hər bir Azərbaycan əsgərinin əvəzinə on erməni əsgərini məhv etməliyik ki, onlar ordumuza qarşı təxribatlarının cavabsız qalmayacağını anlasınlar”.
Qeyd edək ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin