“Qeydiyyata alınarıqsa, sona qədər davam edəcəyik”

18:53 16-03-2018 | icon 618 | Siyasət
“Qeydiyyata alınarıqsa, sona qədər davam edəcəyik”

“Bu, müxalifətin bir hissəsinin hökumətin seçdiyi namizəd ətrafında konfiqurasiya qurmaq niyyətində olduğunu ortaya  çıxara bilər. Qeydiyyatadan əvvəl kiminsə üzərində köklənmək və yaxud qeydiyyata alınarsa onun ətrafında birləşmək kimi fikirlər yanlışdır”.

Bunu Versus.az-a Vətəndaş və İnkişaf Partiyasının  (VİP) sədri Əli Əliyev başqa bir namizədə dəstək verilməsi məsələsi ilə bağlı açıqlamasında bildirib.

Ə.Əliyev bildirib ki, söhbət müxalifət düşərgəsinin təmərküzləşməsindən gedirsə, bu, seçkidə qeydiyyata alınıb alınmamaq üzərində qurula bilməz:

“Çünki hakimiyyətin verə biləcəyi siyasi qərar ətrafında təmərküzləşmə müxalifətin sonu ola bilər”. 

VİP sədri hesab edir ki, müxalifətin bir-birini dəstəkləməsi seçkidən sonrakı prosesdə müzakirə oluna bilər:

“Qeydiyyat mərhələsi bitməmiş kiminsə xeyrinə namizədliyin götürülməsi, yaxud kimin üzərindəsə fikir yürüdülməsi siyasi səbatsızlıqdan başqa bir şey deyil”.

Ə.Əliyev fərdi olaraq üzərində dayanılan Sərdar bəyi dəstəkləməyə hazır olduğunu deyib. Eyni zamanda bildirib ki, seçkidə iştirk kollegial veriləcək qərar olduğu üçün məsələ kollegiyada müzakirə olunmalıdır:

“Sərdar bəyin seçkidə dəstəyi hansı kontekstə istəyəcəyini bilmirəm. Lakin dəqiq bilirəm ki, qeydiyyata alınarıqsa, sona qədər davam edəcəyik”.

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi