Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşüb

11:51 17-03-2018 | icon 596 | Gündəm
Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşüb

"Türk dünyasının birlikdə gələcək modeli daha çox analarımızın əlindədir"

Millət vəkili Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşdə onları birliyimizin güclənməsində daha fəal olmağa çağırıb.

Versus.az-ın məlumatına görə, Qənirə Paşayeva Türkiyənin fəal iş qadınları ilə görüşdə ilk öncə onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Azərbaycanın iqtisadi və turizm potensialı barədə də geniş fikirlərini bölüşən millət vəkili Deputat Türkiyənin fəal iş qadınlarını Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çağırıb və bunun üçün böyük potensial olduğunu bildirib.

Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verildiyini  deyən millət vəkili Qənirə Paşayeva ölkəmizdə bu istiqamətdə görülən işlər, qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər barədə, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində  qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır ki, tapdalanmaqda davam etməsindən də danışıb. 

Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar bu məsələlərə laqeyd,  seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Qənirə Paşayeva deyib ki, gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir. Uşaqları həm fiziki, həm zehni olaraq yetişdirmənin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva analarımız gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalıdır. “Mən həm Azərbaycanda, həm bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram - Türk dünyasının birlikdə gələcək modeli daha çox analarımızın əlindədir”- deyə millət vəkili bildirib. Deputat bildirib ki, hər iki qardaş ölkənin fəal qadınları, təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsi, ortaq layihələrin artması çox vacibdir və iş qadınları bu istiqamətdə fəallığını daha da artırmalıdırlar. Görüş zamanı millət vəkili Q.Paşayeva iş qadınlarını maraqlandıran sualları da cavablandırıb və onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib və onlarla Azərbaycan qadınları arasında əməkdaşlığın genişlənəcəyinə inandığını deyib.

 

 Qənirə Paşayevanın Azərbaycan-Türkiyə münasibətlətinin inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdikərini deyən iş qadınları ona Türkiyə bayrağını təqdim ediblər. "Hər iki dövlətimizin bayrağı bizim bayrağımızdır və bizim üçün müqəddəsdir", - deyən millət vəkili bayrağı öpərək belə anlamlı hədiyyə üçün təşəkkürünü  bildirib. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür