Narçılıq Kooperativi yaradılır

20:08 11-06-2019 | icon 485 | İqtisadiyyat
Narçılıq Kooperativi yaradılır

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov, Avropa İttifaqının “Regional inkişafa dəstək” layihəsinin ekspertləri Dario Caccamisi və Elçin Atababayev, Göyçay DAİM-in direktoru Elçin İsmayılov, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Akif Abbasov və Göyçay rayon İcra Hakimiyyətinin sosial-iqtisadi şöbəsinin müdür müavini Mahir Məlikov arasında Göyçay rayonunda narçılıq kooperativinin yaradılması mövzusunda görüş keçirilib.

 

Assosiasiyadan Versus.Az-a verilən məlumata görə, görüşdə kooperativin işləmə mexanizmi, kooperativlər daxilində əməkdaşlıq formaları müzakirə edilib, müzakirələr nəticəsində belə qənaətə gəlinib ki, ilk olaraq Göyçay rayonunun Bığır kəndində kooperativ sahəsində maarifləndirmə apararaq pilot kooperativ layihəsinə 20 kiçik fermer cəlb edilsin.

 

Kooperativin əsas məqsədi nar istehsalının maya dəyərinin aşağı salınması, məhsuldarlığın artırılıması və satış həcminin yüksəldilməsi vasitəsi ilə narçı fermerlərin rifahının artırılmasına şərait yaratmaqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı