Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

21:34 11-06-2019 | icon 751 | Cəmiyyət
Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın və Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı və millət vəkili Qənirə  Paşayevanın təşəbbüsü ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Tovuzda  keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə rayonun 15 məktəbindən 150 şagird iştirak etmişdir. İştirakçılara 60 ədəd top və 150 ədəd futbol forması təqdim olunmuşdur.

Tədbirin açılışında millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak ediblər.

 

Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov açmışdır və çıxış edərək bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir demişdir, layihə və layihənin əhəmiyyəti haqqında məlumat vermişdir.

 

Tədbirdə çıxış edən millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkili Sabir Hacıyev bildirmişlər ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir və bu kimi tədbirlərin, layihələrin keçirilməsinin əhamiyyətini vurğulamışlar.

 

Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva belə bir layihənin Tovuzda keçirilməsi üçün AFFA-ya təşəkkür edib və bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd etmişdir. Millət vəkili Q.Paşayeva bildirmişdir:

 

"Zəngin ən­ənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər mə­ziyyətləri ilə həmişə seçilib. Mən sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın günlərdə məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab Prezidentə və AFFA-ya bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bu tədbirin həyata keçirilməsində əməyi keçənlərin hamısına təşəkkür edirəm."

 

Millət vəkili Q.Paşayeva bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə  kömək edəcəyinə inandığını deyib və mütəxəssisləri, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların axtarılması, onların üzərində daha çox çalışmağa, onların yaxşı oyunçu kimi yetişməsi istiqamətində daha çalışmağa çağırıb. Millət vəkili hamımız daha çox istedadlı uşaqların üzə çıxmasına, yaxşı peşəkar kimi yetişmələri üçün onlara daha çox dəstək olmalıyıq deyib.

 

Millət vəkili Q.Paşayeva Tovuzda belə  bir layihənin əhəmiyyətini bir daha vurğulayaraq milli futbolumuza öz töhfəsini verəcəyinə inandığını deyib.

 

Tədbirdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları paylanılıb.

 

Uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Tədbirin sonunda müxtəlif kəndlərdən gəlmiş uşaqlar, gənclər və onların idman müəllimləri və məşqçiləri ilə söhbət və fikir mübadiləsi aparılıb, onları maraqlandıran sualları cavablandırılıb.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı